Evdən hər şeyi oğurladı, yaralandığı üçün tutuldu
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Moskva vilayətinin Korolyov şəhərində mənzildən oğurluq edən şəxs hadisə yerində qoyduğu DNT izi sayəsində saxlanılıb.
Lent.az xəbər verir ki, əvvəllər məhkum olunmuş 46 yaşlı kişi binanın birinci mərtəbəsində yerləşən mənzildə heç kimin olmadığını müəyyən etdikdən sonra plastik pəncərəni vintaçanla açaraq içəri daxil olub.
O, mənzildən fotoaparat, saat və içərisində bank kartları olan çantanı oğurlayıb. Lakin ehtimal olunur ki, oğurluq zamanı kişi xəsarət alıb və pəncərənin kənarında qan izi qalıb. Polis əməkdaşları həmin izdən şübhəlinin DNT profilini müəyyən edərək məlumat bazasındakı nümunələrlə müqayisə ediblər. Nəticədə kişi Puşkino şəhərində yaşadığı evdə saxlanılıb.
Onun evindən 3 fotoaparat, saat, zinət əşyaları, noutbuk, 6 mobil telefon və 3 vintaçan götürülüb.
Hazırda saxlanılan şəxsin digər analoji oğurluq hadisələrində iştirakının olub-olmadığı araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 24 Noyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















