ABŞ BCM yə təşkilat olaraq sanksiyalar hazırlayır
Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) bütövlükdə qarşı sanksiyalar hazırlayıb. Sanksiyaların tətbiqi barədə yaxın vaxtlarda açıqlama verilə bilər.
Oxuməni. az xəbər verir ki, bu barədə Reuters iki mənbəyə istinadən yazır.
Məhdudiyyətlər tətbiq olunacağı təqdirdə, ABŞ vətəndaşlarına və şirkətlərinə BCM ilə maliyyə əməliyyatları aparmaq, həmçinin ABŞ Maliyyə Nazirliyinin xüsusi lisenziyası olmadan məhkəməyə mal və ya xidmət təqdim etmək qadağan ediləcək. Bundan əlavə, aşağıdakı sahələrdə çətinliklər yarana bilər:
İT xidmətləri; bank əməliyyatları; sığorta; müstəntiqlərin işə götürülməsi; əməkdaşların maaşlarının ödənilməsi; digər gündəlik əməliyyatlar.Reuters-in istinad etdiyi The Wall Street Journal qəzetinin məlumatına görə, əməliyyatların əksəriyyəti üçün altı-yeddi ay müddətində keçid dövrünün nəzərdə tutulması mümkündür.
Tramp administrasiyası daha əvvəl BCM-nin ayrı-ayrı hakim və prokurorlarına qarşı sanksiyalar tətbiq edib. Yeni tədbirlərin fərqi isə ondan ibarət olacaq ki, onlar birbaşa məhkəmənin özünə – təşkilat kimi BCM-yə yönələcək.
ABŞ Roma Statutunun iştirakçısı deyil və müvafiq olaraq BCM-yə üzv dövlət statusuna malik deyil. Məhkəmə soyqırımı, hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərlə bağlı işlərə baxmaq üçün yaradılıb.
Sanksiyalarla bağlı qərarın Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində və ya ondan qısa müddət sonra elan ediləcəyi gözlənilir.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 Sentyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















