Icma.az
close
up
RU
ABŞ bu müharibədə istəklərinə nail olmayıb

ABŞ bu müharibədə istəklərinə nail olmayıb

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Tramp və Putinin telefon danışığı və Ərəbistanda ilkin görüş razılığı dünyanın diqqət mərkəzindədir. Amma görünən odur ki, bu fonda hələlik nə Rusiya, nə də Ukrayna müharibənin dayanmasını istəyir.
Əcəba, bu istəklər onların müstəqil iradəsidir, yoxsa kənar qüvvələrin illər əvvəl planlaşdırdığı ssenari ilə davam edir? Bax, əsas məsələ budur. Ssenari ilə düşünsək, indiki mərhələdə müharibəni sonlandırmaq niyyəti görünmür. ABŞ bu müharibədə istəklərinə nail olmayıb: nə Rusiya istədikləri kimi zəifləyib, nə də Ukrayna tam dağılıb.
Çinə ciddi təsir göstərmək hələ ki, mümkün deyil. İran məsələsi isə aktuallığını qoruyur. Fələstindəki fiasko və Beynəlxalq Məhkəmənin İsraili genosid eləmiş dövlət kimi qərarına təsir etmək mümkün deyil.
1950-ci illərin sonu, 1960-cı illərin əvvəlini yada salsaq, o vaxtkı imperiyaların getdiyi yol indiki imperiyalar tərəfindən davam etdirilir. Yeni yol mövcud deyil. Hələ Avropa məsələsi tam ram olunmayıb.
Digər tərəfdən, Avropa Rusiya ilə bacarmadı. Görünən odur ki, Rusiyanın silahları çox təkmilləşib və getdikcə daha da inkişaf edir. Çatışmayan cəhətləri aradan qaldırırlar və müharibə sayəsində böyük təcrübə əldə ediblər. Buna görə də müharibənin qısa zamanda dayandırılması ssenari müəllifləri tərəfindən görünmür.
Amma öz əllərində təsir etmə mexanizmi varsa, bu, effektli ola bilər. Burada başqa bir ciddi proses ABŞ-ın Avropaya maliyyə yükü yükləməsi ilə bağlıdır. Yəni “istehsal etdiyim silahları sən al və Ukraynadakı hərbi kontingenti saxlamağa davam et” prinsipi işləyir. Bu, Avropanın iqtisadi çöküşünə gətirib çıxara bilər. Zatən bu müharibə Avropaya ciddi iqtisadi, o cümlədən siyasi təsir göstərib. Miqrant axınının qarşısının alınmaması artıq təhlükəsizlik baxımından da ciddi fəsadlar yaradıb. Avropanın zəiflədilməsi imperialist korporativ maraqların diqqət mərkəzindədir. Dünyanın digər tərəfində mərkəzləşən qüvvələr isə yönəldilən siyasi strategiyanı dəstəkləmir və razılaşmır.
Çinin iqtisadi inkişafı və texnoloji sıçrayışı, məsələn, yaratdığı süni intellektin, ChatGPT-nin təsiri göz önündədir. Ona görə də Amerikada fond birjalarında qiymətləri şişirdirlər, çünki başqa cür iqtisadiyyatı qorumaq çətinləşir. Bir şirkətin qiymətini üç trilyon dollara qaldırıblar – təsəvvür edin ki, bir şirkət İspaniyadan və İtaliyadan daha bahalıdır. Artıq dollar çap etməklə iqtisadiyyatı saxlamaq olmur. Üstəlik, xarici borc məsələsi də aktuallaşır. 1998-ci illərdə də belə şirkətlərin qiymətləri süni şəkildə artırılmışdı. Xalis mənfəət ilə bazar dəyəri arasındakı fərq reallığı əks etdirmirdi və nəticədə ciddi böhran yaşanmışdı. Bu gün dünyada eyni taktika tətbiq olunur – yüksək texnologiyalı şirkətlərin birjada qiymətlərinin artırılması siyasəti aparılır. Bunun dünyanı hara aparacağı sual altındadır.
Amma Çin Rusiya-Ukrayna müharibəsindən ciddi şəkildə qazandı – ucuz qiymətə neft əldə etdi, Rusiya ilə buğda müqaviləsi bağladı. Dünyada fəaliyyət göstərən şirkətlərin komponentləri indi Çindən gəlir. Üstəlik, təkcə istehsalat deyil, beyin də oradan çıxır. Çində dövlətçilik mədəniyyəti çox qədim tarixə malikdir, təhsilə ciddi nəzarət var, bərabərlik sistemi isə pozulmayıb. Bütün bunlar ciddi suallar doğurur. İndi ABŞ-ın Hindistana ciddi stavka etməsi vurğu etməsinin arxaaında nələrin dayandığını düşünəndə, proseslərin hansı istiqamətə yönəldiyi maraq doğurur.
Düzdür, Hindistanla hər hansı ciddi addım atmaq Böyük Britaniyanın razılığı olmadan mümkün deyil. NATO-nun beyni məlum olduğu kimi İngiltərədir.
Bu qədər ciddi və mürəkkəb siyasi situasiyalar fonunda Rusiya-Ukrayna müharibəsinin yaxın zamanda bitməsi o qədər də inandırıcı deyil. Burada Rusiyanın şərtləri ola bilər. Əgər bu şərtlər qəbul edilsə, müharibə bitə bilər. Lakin qarşı tərəf, yaxud tərəflər bu şərtləri qəbul edəcəkmi? Üstəlik, Rusiyanın irəli sürdüyü şərtlər heç də rahat qəbul edilə biləcək şərtlər deyil.
Düşünürəm ki, biz sadəcə hadisələrin çox kiçik bir hissəsini görə bilirik. Müasir dövrdə bir ölkəni idarə etmək o qədər də asan deyil. Dəyərli soydaşlar, bunu nəzərə almaq lazımdır.
Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Fevral 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri