Yeni ildə bu istiqamətlərə əlavə qatar reysləri açılacaq
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında sərnişinlərin tələbatını təmin etmək məqsədi ilə rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil ediləcək.
Bu barədə Axşam.az-a “Azərbaycan Dəmir Yolları”QSC-dən məlumat verilib.
Belə ki, 31 dekabr və 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı, 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı, 30 və 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı və 31 dekabr və 3 yanvar tarixlərində Bakı-Ağdam-Bakı marşrutları üzrə qatarlar hər iki istiqamətdə hərəkətdə olacaq.
Əlavə reyslərlə yanaşı, bu marşrutlar üzrə ənənəvi hərəkət cədvəli ilə də səfər etmək olar.
Biletləri ADY-nin saytından, dəmiryol kassalarından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.
Baxış sayı:63
Bu xəbər 08 Dekabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















