ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Venesuelanın neft yataqlarına uzunmüddətli çıxış əldə edib.
Modern.az xəbər verir ki, “Financial Times”ın yazdığına görə, təsdiqlənmiş ehtiyatları təxminən 65 milyard barel olan 17 neft yatağı üzrə ABŞ şirkəti North American Blue Energy Partnersə 100 illik konsessiyalar verilib.
ABŞ hökuməti isə layihədə pay və xüsusi hüquqlar əldə edib.
Ağ Ev sövdələşməni “dünya tarixində ən böyük neft sazişi” adlandırıb. ABŞ administrasiyasının açıqlamasına görə, razılaşma Vaşinqtona ABŞ ərazisindəki hazırkı təsdiqlənmiş neft ehtiyatlarından daha böyük resurs bazasına nəzarət imkanı yaradır. Bundan əlavə, Vaşinqton hasil ediləcək neftin bir hissəsini güzəştli şərtlərlə almaq üçün təminatlı hüquqlar əldə edib.
“Reuters”in məlumatına görə, ABŞ hökuməti xüsusi struktur vasitəsilə NABEP şirkətinin 35 faizlik payını da təmin edib. Bu mexanizmin şirkətə yeni kapital cəlb edilərkən ABŞ-ın payının azalmasının qarşısını alması nəzərdə tutulur.
Beləliklə, saziş Venesuelanın böyük neft ehtiyatlarının uzunmüddətli işlənməsində ABŞ şirkətlərinə və hökumətinə əhəmiyyətli rol verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 16 Sentyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















