ABŞ bu sistemləri Kiyevə versə, nüvə ssenarisi işə düşəcək
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mən ABŞ-ın Ukraynaya “Tomahavk” raketləri verəcəyinə inanmıram. Bu raketlərin Ukraynaya verilməsi o deməkdir ki, ABŞ bilavasitə münaqişəyə qoşulur. Çünki bu raketlərlə bərabər, onların idarəetmə mərkəzləri də verilməlidir. ABŞ bu günə qədər heç vaxt “Tomahavk” raketlərini və idarəetmə sistemlərini heç kəsə verməyib, çünki bunlar milli təhlükəsizlik sisteminin tərkib hissəsidir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə ABŞ-ın Ukraynaya “Tomahavk” raketləri verib-verməyəcəyi haqda müzakirələrə münasibət bildirərkən deyib.
“Hadisələrin bu cür inkişafı ABŞ-ın bilavasitə müharibənin iştirakçısı olmasına gətirib çıxarar. Tramp isə bunu istəmir”, - o bildirib.
Ekspertin fikrincə, ABŞ-ın bu addımı nüvə ssenarisini də aktuallaşdıra bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 07 Oktyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















