Ukraynanın ABŞ dəkı səfirliyi “Starshield“ə girişin məhdudlaşdırıldığını təsdiqləyib
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynada "Starshield"in işinə qoyulan məhdudiyyətlər artıq 7 gündür qüvvədədir.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəkı müvəqqəti işlər vəkili Denis Senik "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Bununla belə, onun sözlərinə görə, indiyə qədər nə Pentaqondan, nə də "SpaceX" şirkətindən hər hansı cavab və ya izahat var.
Diplomat bildirib ki, Pentaqonun onların sorğularına cavab olaraq hər hansı məhdudiyyətin olmasını təkzib etməsindən sonra da Amerika mediası şərhlər üçün səfirliyə müraciətini davam etdirir.
"Tamamilə birmənalı şəkildə qeyd etmək istəyirəm: bu, yerlərdəki real vəziyyətlə ziddiyyət təşkil edir. Mən təsdiq edə bilərəm ki, sürət məhdudiyyətləri həqiqətən də qüvvədədir", – Senik yazıb.
O qeyd edib ki, bu məhdudiyyətlər Ukraynadakı əməliyyatlar üçün real fəsadlar yaradır və təcili izahat və həllə ehtiyacı var.
"Yeddi gün cavabsız qalmaq çox uzundur", - müvəqqəti işlər vəkili əlavə edib.
Bu arada, Tramp Asiya turnesinə başlamazdan əvvəl Ağ Evin önündə jurnalistlərlə söhbəti zamanı "Starlink"in iş sürətinin məhdudlaşdırılmasından xəbərsiz olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 Noyabr 2026 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















