Icma.az
close
up
RU
Avropa Rusiya münasibətlərində sülh dövrü artıq başa çatır ŞƏRH

Avropa Rusiya münasibətlərində sülh dövrü artıq başa çatır ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“Baltik regionunda əsas təhlükə müharibənin özündən daha böyükdür”

Litvanın Estoniyanın nümunəsini əsas götürərək Rusiya ilə sərhədi tamamilə bağlamaq variantını nəzərdən keçirməsi Baltik regionunda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Litva Prezidenti Gitanas Nausedanın açıqlaması region ölkələrinin Rusiya ilə sərhədlərin idarə olunmasına dair yanaşmalarında baş verən dəyişiklikləri diqqət mərkəzinə gətirib. Estoniyanın dekabrın 1-dən etibarən Rusiya ilə sərhədlərini qeyri-müəyyən müddətə bağlamaq qərarı fonunda bu addımların siyasi və geosiyasi nəticələri də müzakirə olunur. 

Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner Sherg.az-a Baltik regionunda təhlükəsizlik siyasətinin hansı istiqamətdə dəyişdiyini və bu prosesin Avropa-Rusiya münasibətlərinə mümkün təsirlərindən danışıb:

"Litvanın Rusiya ilə sərhədini tamamilə bağlamaq variantını nəzərdən keçirməsi Baltik regionunda getdikcə sərtləşən təhlükəsizlik siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu hadisəni yalnız sərhəd təhlükəsizliyi çərçivəsində qiymətləndirmək düzgün olmaz. Avropa ilə Rusiya arasında siyasi və hərbi gərginliyin artıq birbaşa sərhədlərin idarə olunmasına təsir göstərdiyi dövrdən keçirik.

Estoniyan dekabrın 1-dən etibarən Rusiya ilə sərhədini qeyri-müəyyən müddətə bağlamaq niyyətini açıqladı. Daha sonra Litva da oxşar variantı gündəmə gətirdi. Bu, Baltikyanı ölkələr arasında təhlükəsizlik siyasətinin getdikcə daha çox koordinasiyalı şəkildə həyata keçirildiyini ortaya qoyur.

Litva Prezidenti Gitanas Nausedanın açıqlamalarında diqqət çəkən məqam ölkəsinin belə bir qərarı mövcud təhlükəsizlik şəraitindən asılı olaraq qəbul edə biləcəyini bildirməsidir. Bu yanaşma Vilnüs administrasiyasının Moskvaya qarşı çəkindirmə potensialını artırmağı hədəflədiyini göstərir".

Analitik bildirib ki, Baltikyanı ölkələr Rusiya ilə yarana biləcək birbaşa hərbi gərginliyin NATO üçün ciddi nəticələr doğura biləcəyinin fərqindədir: 

"Bu səbəbdən sərhədlərin bağlanması yalnız fiziki keçidlərin qarşısını alan tədbir deyil, eyni zamanda siyasi mesaj xarakteri daşıyır.

Lakin burada mühüm bir fərqi nəzərə almaq lazımdır.

Belə ki, sərhədlərin bağlanması birbaşa müharibəyə hazırlıq demək deyil. Bu, daha çox mümkün hibrid təhdidlərə, kəşfiyyat fəaliyyətlərinə, sərhəd təxribatlarına və nizamsız miqrasiyanın siyasi təzyiq vasitəsi kimi istifadəsinə qarşı qabaqlayıcı təhlükəsizlik yanaşmasını əks etdirir.

Rusiya baxımından isə Baltikyanı ölkələrin atdığı bu addımlar NATO-nun şərq cinahında Moskvanın manevr imkanlarının getdikcə məhdudlaşması kimi qiymətləndirilə bilər.

Kremlin buna diplomatik bəyanatlarla, qarşılıqlı sərhəd tədbirləri ilə və ya hərbi fəaliyyətlərini daha qabarıq şəkildə nümayiş etdirməklə cavab verməsi mümkündür.

Bununla yanaşı, Rusiyan hazırda Ukrayna müharibəsi səbəbindən hərbi resurslarının əhəmiyyətli hissəsini bu cəbhədə istifadə edir. Bu da Baltik regionunda NATO ilə birbaşa qarşıdurmaya girmək ehtimalını məhdudlaşdıran amillərdən biridir".

Ekspert yaxın perspektivdə baş verə biləcək hadisələrə də diqqət çəkib:

"Baltikyanı ölkələrlə Rusiya arasında birbaşa müharibə ehtimalından daha çox, nəzarət altında saxlanılan, lakin getdikcə sərtləşən təhlükəsizlik rəqabətinin yaşanması real ssenaridir.

Qarşıdakı dövrdə sərhədlərin bağlanması ilə bağlı qərarların genişlənməsi, diplomatik münasibətlərin daha da zəifləməsi gündəmə gələ bilər. NATO-nun Baltik regionundakı hərbi mövcudluğunun gücləndirilməsi isə istisna deyil.

Bu proses Avropanın təhlükəsizliyi baxımından daha geniş transformasiyanın tərkib hissəsidir. Soyuq müharibədən sonra iqtisadi əməkdaşlıq və qarşılıqlı asılılıq üzərində formalaşan Avropa-Rusiya münasibətləri artıq təhlükəsizlik, çəkindirmə və strateji ayrışma müstəvisində yenidən müəyyənləşdirilir.

Nəticə etibarilə, Litvanın mümkün sərhəd bağlama qərarı Avropa ilə Rusiya arasında yeni müharibənin başladığını deyil, sülh dövrünə xas təhlükəsizlik yanaşmasının getdikcə tərk edildiyini göstərir. Baltik regionu qarşıdakı illərdə NATO-Rusiya rəqabətinin ən həssas təmas nöqtələrindən biri olaraq qalacaq".

Mütəxəssis qeyd edib ki, Burada Litvanı Estoniyadan fərqləndirən çox mühüm geosiyasi reallıq var: Kalininqrad:

"Litva Rusiyanın əsas ərazisi ilə Kalininqrad arasında tranzit keçid baxımından strateji mövqedə yerləşir.

Bu səbəbdən Litvanın atacağı addımlar Estoniyanın sərhədi bağlamaq qərarından daha mürəkkəb nəticələr doğura bilər.

Rusiya Kalininqrada yönələn tranzit məhdudiyyətlərini özünün strateji maraqlarına birbaşa müdaxilə kimi qiymətləndirə bilər.

Bununla belə, sərhəd-keçid məntəqələrinin bağlanması Kalininqrada bütün tranzit keçidlərinin avtomatik olaraq dayandırılması demək deyil.

Moskva Kalininqrad məsələsindən diplomatik təzyiq və hərbi çəkindirmə ritorikasında daha çox istifadə edə bilər. Baltik regionunda yaxın perspektivdə genişmiqyaslı müharibə gözləmirəm.

Lakin müharibə ehtimalının aşağı olması təhlükəsizlik risklərinin də aşağı olduğu anlamına gəlmir.

Rusiya ilə NATO arasındakı rəqabət artıq yalnız Ukrayna cəbhəsində yaşanmır.

Baltik dənizi, Kalininqrad və Şərqi Avropa sərhədləri bu rəqabətin getdikcə daha aydın görünən cəbhələrinə çevrilir.

Xüsusilə Litvanın Kalininqrad üzərindəki tranzit mövqeyi bu ölkənin atacağı addımları daha həssas edir".

Müsahibimizin fikrincə qarşıdakı dövr üçün ən real ssenari Rusiya ilə NATO arasında birbaşa müharibə deyil:

"Müharibə artıq həddindən aşağı səviyyədə davam etdirilən, lakin yanlış hesablamalar səbəbindən silahlı qarşıdurmaya çevrilmək potensialı daşıyan uzunmüddətli təhlükəsizlik mübarizəsidir.

Baltikyanı ölkələr sərhədlərini bağlamaqla təhlükəsizliklərini artırmağa çalışdıqca, Avropa ilə Rusiya arasındakı siyasi və strateji məsafə də getdikcə böyüyəcək.

Bu prosesdə əsas təhlükə əvvəlcədən planlaşdırılmış müharibədən daha çox, nəzarətdən çıxan böhranın hərbi qarşıdurmaya çevrilməsidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Noyabr 2026 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri