Danışıqlar nəticə verdi: Həbib onu həbsdən azad etdirdi
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmiləri ilə apardığı danışıqlardan sonra əmisi oğlu Usman Nurməhəmmədovun həbsdən azad edilməsinə nail olub.
"AzPolitika" xəbər verir ki, bu barədə "Mash na sporte" nəşri məlumat yayıb.
Bildirilib ki, Həbib əvvəlcə UFC prezidenti Dana Uayta müraciət etsə də, o, BƏƏ qanunvericiliyini əsas gətirərək kömək etməkdən imtina edib. Bundan sonra Həbib birbaşa BƏƏ rəsmiləri ilə əlaqə saxlayıb. Aparılan danışıqlar nəticəsində saxlanılan şəxslərin mərhələli şəkildə azadlığa buraxılması barədə razılıq əldə olunub.
Məlumata görə, Usman Nurməhəmmədov artıq azadlıqdadır. Eyni zamanda, insident iştirakçılarının hadisə barədə ictimaiyyətə açıqlama verməyəcəyinə dair təminat alınıb.
Xatırladaq ki, noyabrın 13-də Usman Nurməhəmmədov Əbu-Dabidə UFC döyüşçüsü Merab Dvalişvili ilə baş verən dava səbəbindən 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Hadisə ilə əlaqədar daha 7 nəfər saxlanılmış, iştirakçılara yüksək məbləğdə cərimələr tətbiq olunmuşdu. Dvalişvili isə elə həmin gün sərbəst buraxılmışdı.
Baxış sayı:66
Bu xəbər 16 Noyabr 2026 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















