Bülbülə gölü daşdı, evləri su basdı (Video)
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Bülbülə gölünün suyu daşaraq ətrafdakı evlərə dolur.
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsində yaşayan sakinlər "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, onlar iddia edirlər ki, Bülbülə gölünün yaxınlığından kanalizasiya xəttinin çəkilişi zamanı gölün bəndi yarılıb.
Sakinlərin sözlərinə görə, daşan su evlərin zirzəmilərinə, içərisinə də dolub.
İri Şəhərlərin Su Təchizatındən bildirildi ki, qeyd olunan ərazidə Bülbülə gölünün sahəsinin torpaqla doldurularaq kiçildilməsi və ərazidə park salınması istiqamətində işlər aparılır. Paralel olaraq kanalizasiya xətləri də çəkilir. Yağıntıların intensiv olması nəticəsində göldə suyun səviyyəsi yüksələrək ətrafdakı həyətləri su basmasına səbəb olub. Hazırda əraziyə əlavə nasoslar quraşdırılır. Yaxın günlərdə suyun həyətlərdən çəkilərək ərazinin təmizlənməsi təmin ediləcək.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 16 Noyabr 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















