Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

ABŞ Çin tarif müharibəsinin YENİ DALĞASI: Azərbaycanın qarşısında açılan fürsətlər və çağırışlar

ABŞ Çin tarif müharibəsinin YENİ DALĞASI: Azərbaycanın qarşısında açılan fürsətlər və çağırışlar

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Dünya ticarətində baş verən hadisələr bəzən səssiz görünə bilər, amma onların dalğaları uzaqlarda - Bakıdan Qrenlandiyaya qədər hər kəsi təsir altına alır. 2025-ci ildə ABŞ və Çin arasında yenidən alovlanan tarif müharibəsi artıq sadəcə iki iqtisadi güc arasındakı rəqabət deyil. Bu, gələcək qlobal ticarət qaydalarının kim tərəfindən müəyyən olunacağı uğrunda sistemlərarası mübarizəyə çevrilib. Bu mübarizənin kənarında qalan ölkə yoxdur - o cümlədən Azərbaycan da.

Bu qarşıdurmanın kökləri 2018-ci ilə dayanır. O zaman ABŞ Prezidenti Donald Tramp Çini ticarət balanssızlığına, intellektual mülkiyyətin pozulmasına və texnologiyaların məcburi ötürülməsinə görə ittiham edərək tarif müharibəsinə start verdi. Məqsəd Çini daha "ədalətli" ticarətə məcbur etmək və onun dövlət dəstəyi ilə irəliləyən sənaye modelini zəiflətmək idi. Müvəqqəti razılaşmalar əldə olunsa da, əsas struktur problemlər açıq qaldı. Amma bu, istənilən nəticəni vermədi. Çin iqtisadi baxımdan böyüməyə davam etdi və bir çox sahədə, xüsusilə də bəzi məhsulların istehsalında - məsələn, elektrik avtomobilləri və günəş panelləri kimi yaşıl texnologiyalarda artıq qlobal liderə çevrilib.

2025-ci ildə Trampın yenidən hakimiyyətə qayıtması ilə bu müharibə yeni və daha sərt mərhələyə keçdi. İlin əvvəlində ABŞ Çindən idxal olunan bütün məhsullara əlavə 10% tarif tətbiq etdi. Bu dəfə isə arqumentlər təkcə iqtisadi deyil, həm də siyasi idi, o cümlədən Çinin ABŞ-də fentanil böhranındakı iddia edilən roluna görə "cavab tədbiri" kimi təqdim olundu. Pekin bu addıma dərhal cavab verdi: ABŞ-nin kənd təsərrüfatı və enerji məhsullarına qarşı tariflər artırıldı, bir sıra ABŞ şirkətləri isə Çin bazarında tənzimləyici təzyiqlə üzləşdi.

Mart ayında Vaşinqton tarifləri 20%-ə çatdırdı. Administrasiya qarşılıqlı ticarət şərtlərini əsas gətirərək Çini hələ də "ədalətsiz" iqtisadi praktikalarda günahlandırırdı. Pekin isə əks tədbirləri genişləndirdi və müəyyən məhsulların idxalını dayandırdı.

Aprel ayına gəldikdə isə, tariflərin səviyyəsi və ritorikanın tonusu tamam başqa səviyyəyə keçdi. ABŞ əlavə 34% "kompensasiya tarifi" tətbiq etdi, nəticədə Çin mallarına ümumi tarif yükü 50%-i aşdı. Lakin bu mərhələdə tətbiq edilən tariflərin hesablanma qaydası ətrafında ciddi mübahisələr meydana çıxdı. Ağ Evin təqdim etdiyi "bərabərlik düsturu"na əsasən, bu tariflər sadəcə olaraq idxal-ixrac fərqini əsas götürür. Belə ki, Çin ABŞ-yə daha çox ixrac etdiyi üçün bu fərqə əsasən tariflə cəzalandırılır. Bu yanaşma isə bir çox iqtisadçılar tərəfindən qeyri-dəqiq və qeyri-ədalətli hesab olunur, çünki ticarət balansı tarif yükünün kompleks iqtisadi dinamikalarını nəzərə almır. ABŞ rəhbərliyi Çindən təkcə ticarət güzəştləri deyil, həm də "TikTok"un satılması və texnoloji sektorun sərtləşdirilməsi kimi siyasi tələblərlə çıxış etdi. Çin isə cavab olaraq tarifləri 125%-ə çatdırdı və bunun "son tarif addımı" olduğunu elan etdi. Lakin bundan bir neçə gün sonra Tramp Administrasiyası ən sərt addımını atdı - Çin mallarına tətbiq edilən tariflər 145%-ə qaldırıldı. Bu, ABŞ tarixində heç bir ticarət tərəfdaşına qarşı tətbiq edilməmiş ən yüksək tarif səviyyəsidir.

Bütün bunlara baxmayaraq, Çin geri çəkilmir. Çünki Pekin yalnız təzyiqlərə boyun əyməyi deyil, həm də iqtisadi baxımdan buna ehtiyac duymadığını göstərmək istəyir. Çin ixracatında ABŞ bazarının payı ümumi ÜDM-in cəmi iki faizini təşkil edirdi. Bu, böyük rəqəm olsa da, Çin üçün həyati əhəmiyyət daşımır. Rəhbərlik daxili auditoriyaya dəfələrlə bəyan edib ki, ölkə bu müharibəyə davam gətirə biləcək gücdədir. Əksinə, Çin tariflərə qarşılıq verməklə yanaşı, ABŞ ixracatçılarına da zərbə vurduğunu bilir. Tramp seçicilərinə Çini asanlıqla diz çökdürə biləcəyini vəd etmişdi, lakin reallıq fərqli oldu - Çin təkcə müqavimət göstərmədi, həm də alternativ bazarlar və ittifaqlar axtarışını sürətləndirdi.

Pekin artıq tarifləri sadəcə iqtisadi vasitə deyil, simvolik ifadə kimi də istifadə edir. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin son günlərdə Çin lideri Mao Tsedunun Koreya müharibəsində ABŞ-yə "nə qədər uzun sürsə də, təslim olmayacağıq" çıxışını paylaşaraq əlavə edib: "Biz çinliyik. Təxribatlardan qorxmuruq. Geri çəkilməyəcəyik." Bu kimi simvollar açıq mesajdır. Çin bu dəfə geri addım atmaq fikrində deyil. Beynəlxalq müşahidəçilər bildirirlər ki, iki ölkə arasındakı tariflər artıq real ticarəti boğub və əlavə artımlar daha çox daxili siyasi auditoriyalara və dünya ictimaiyyətinə güc nümayişi xarakteri daşıyır.

Bəs indi nə gözləyə bilərik? Bu, çətin sualdır. Unutmamalıyıq ki, Donald Tramp keçmiş Qərb liderlərindən fərqlənir. O, qeyri-müəyyəndir. Yuxarıda qeyd olunduğu kimi, Çin artıq bildirmişdi ki, ABŞ-nin son tarif artımı Çinin bir çox şirkətlərini ABŞ bazarından çıxmağa məcbur edib və Pekin əlavə cavab tədbirləri düşünmür. Eyni zamanda, Tramp Administrasiyasının yaratdığı qeyri-müəyyənlik artıq ABŞ maliyyə bazarlarında da ciddi təzyiqə səbəb olur. 10 illik dövlət istiqrazlarının gəlirliliyi 4.5%-ə çatıb ki, bu, ABŞ üçün son illərin rekord borclanma faizidir. Belə yüksək faiz yükü nə bazar iştirakçıları, nə də federal büdcə üçün davamlı deyil. Bu reallıq Trampın manevr imkanlarını da əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Artıq onun oyun meydanı o qədər də geniş deyil. Bu səbəbdən də düşünürəm ki, tərəflər nə qədər sərt ritorika sərgiləsələr də, sonunda danışıqlar masasına gələcəklər. ABŞ və Çin qarşılıqlı maraqlar çərçivəsində danışıqlar aparacaq və nəticədə müəyyən bir tarazlıq tapılacaq. Ancaq paralel olaraq, regionda yeni cəbhələşmələr yaranır. Çin bu yaxınlarda Yaponiya və Cənubi Koreya ilə ABŞ-nin tariflərinə qarşı birgə əməkdaşlıq aparmaq barədə razılığa gəldi. Bu, çox ciddi geosiyasi hadisədir və göstərir ki, Asiya iqtisadiyyatçıları artıq ABŞ-nin təzyiqlərinə qarşı kollektiv mövqe tutmağa başlayırlar. Bu, ABŞ üçün yeni çağırışlar yaradacaq və Asiyada ticarət və texnologiya axınlarını kəskin şəkildə dəyişə bilər.

Əslən daha ciddi və həssas məsələ isə Avropadadır. Üstəlik, Avropa üçün problemlər yalnız siyasi deyil, iqtisadi xarakter daşıyır. Almaniya artıq rəsmi olaraq tənəzzülə (recession) girib və bu, bütövlükdə Aİ-nin iqtisadi dayanıqlılığına kölgə salır. Qısacası, Avropa üçün nəticə birmənalıdır: ABŞ dəyişib. Bu, təkcə Trampa bağlı məsələ deyil. Sabah prezident dəyişsə belə, ABŞ-nin qlobal strateji yanaşmasında dönüş artıq baş verib. Bu dəyişiklik qalıcıdır və Avropa buna uyğunlaşmalı, xüsusilə də hərbi sahədə artıq ABŞ-nin qoruyucu çətirinə belbağlamamağa hazır olmalıdır. Tramp Administrasiyasının Qrenlandiyanı almaq təklifi, NATO-ya qarşı skeptik mövqeyi və Avropa liderlərinə qarşı sərt ritorikası ortadadır. Nəticədə Avropa getdikcə daha çox Çinlə əməkdaşlıq imkanlarına açıq yanaşır.

Və bu qlobal mənzərədə Azərbaycan üçün yeni fürsətlər meydana çıxır.

Çin ilə Avropa arasında quruda alternativ ticarət yolları getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Orta Dəhliz adlanan bu yeni xətt, - Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək Avropaya çıxan marşrut, - Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Azərbaycan artıq bu istiqamətdə ciddi infrastruktur layihələrinə sərmayə qoyub və bunu sözügedən proseslər hələ başlanmadan əvvəl edib. Bu isə ölkənin xarici siyasətinin açıq uğurlarından biri kimi qiymətləndirilə bilər. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və "Bir Kəmər, Bir Yol" təşəbbüsündə fəal iştirak bu imkanları reallaşdırmaq üçün baza yaradır. Çin-Avropa əməkdaşlığı dərinləşdikcə, bu dəhliz üzərindən yüklərin həcmi arta bilər və Azərbaycan həm tranzit gəlirləri, həm də regionda logistik mərkəz kimi mövqeyini gücləndirə bilər. Həmçinin, Çin şirkətləri ABŞ tariflərindən yayınmaq üçün regionda istehsal, saxlama və paylama mərkəzləri qurmağa maraqlı ola bilər. Azərbaycan bu baxımdan həm sabitliyi, həm də balanslı xarici siyasəti ilə ideal namizəddir.

Azərbaycan bu fürsətləri reallaşdırmaqla yanaşı, yaranan risklərə də həssas yanaşmalıdır. Dünyada uzunmüddətli ticarət gərginliyi və geosiyasi qeyri-müəyyənlik qlobal iqtisadi artımı zəiflədə, bu isə neft də daxil olmaqla xammal qiymətlərinə təzyiq göstərə bilər. Neft gəlirləri Azərbaycan iqtisadiyyatının mühüm hissəsini təşkil etdiyindən, bu cür təzyiqlər dövlət büdcəsi və valyuta gəlirlərinə birbaşa təsir edə bilər. Bu səbəbdən də ehtiyatlı və uzaqgörən strategiya tələb olunur. Qlobal ticarət mühitinin kəskin bloklaşdığı bir dövrdə hər hansı bir tərəfə həddən artıq yaxınlaşmaq gələcəkdə diplomatik risklər yarada bilər. Azərbaycanın uğuru bu günə qədər müxtəlif tərəflərlə balanslı və çevik münasibət qurmaqla mümkün olub. Bu mövqe qorunmalıdır.

Nəticə etibarilə, 2025-ci ilin tarif müharibəsi artıq sadəcə iqtisadi deyil - siyasi, ideoloji və strateji ölçülər qazanıb. ABŞ və Çin arasında baş verən bu qarşıdurma dünya ticarət sisteminin gələcəyini formalaşdıracaq. Azərbaycan üçün bu həm çağırış, həm də tarixi fürsətdir. Qazanmaq üçün isə strateji düşüncə, iqtisadi çeviklik və diplomatik ayıqlıq əsas olacaq.

Xaləddin Rzayev (Maliyye Professoru, Edinburq Universiteti ve Koç Universiteti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Aprel 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see210

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see181

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri