Icma.az
close
up
RU
Qlobal çağırışlar və Azərbaycanın yeni Dünya nizamındakı yeri

Qlobal çağırışlar və Azərbaycanın yeni Dünya nizamındakı yeri

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Cari ilin 9 aprel tarixində ADA Universitetində çağdaş qlobal siyasətin mürəkkəbliyini və dəyişən beynəlxalq münasibətlər sistemini müzakirə etmək məqsədilə “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum keçirildi. Forumun ən yadda qalan məqamı Prezident İlham Əliyevin çıxışı oldu. Dövlət başçısı çıxışında Azərbaycanın qlobal proseslərə yanaşmasını, beynəlxalq hüququn selektiv tətbiqinə qarşı tənqidi münasibətini və regional sabitlik naminə atılan addımları dərin təhlil edərək, yeni dünya nizamında Azərbaycanın mövqeyini aydın şəkildə ifadə etdi.

Forumda iştirak edən beynəlxalq ekspertlərin sayının artması Azərbaycanın qlobal siyasi gündəmdəki çəkisini əyani şəkildə göstərdi. Azərbaycanın yeddi ildir ki, bu cür forumlara ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş və dialoq platforması rolunu təsdiqləyir. Ekspertlərin işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri, münaqişənin tarixi və regionun reallıqları barədə birbaşa məlumat almalarına imkan yaradır.

Cənab Prezident həmçinin Xankəndi ilə bağlı mühüm tarixi və siyasi aspektlərə toxundu. 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin süni statusunun uzunmüddətli separatizmin əsas səbəblərindən biri olması və nəticədə bunun “zaman bombası”na çevrilməsi fikri, Azərbaycanın bu münaqişəyə yalnız hərbi deyil, həm də siyasi və hüquqi prizmadan yanaşdığını göstərir. Azərbaycanın öz gücünə və beynəlxalq dəstək olmadan ərazi bütövlüyünü bərpa etməsi isə unikal presedent olaraq qiymətləndirilir.

Dövlət başçısının coğrafi amil üzərindən göstərdiyi arqumentlər Azərbaycanın geosiyasi əhəmiyyətini bir daha ön plana çıxardı. Belə ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də Avropa ilə Mərkəzi Asiya arasında strateji körpü rolunu oynayır. Bu körpü yalnız nəqliyyat və enerji dəhlizləri ilə məhdudlaşmır, həm də siyasi və mədəni inteqrasiya kanallarını əhatə edir.

Forumda cənab Prezidentin toxunduğu yaşıl enerji layihələri mövzusu , xüsusilə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək kabel haqqında razılaşma, regionun gələcək enerji təhlükəsizliyi sistemində ölkəmizin aparıcı rolunu gücləndirir. Yaşıl enerji sahəsində aparılan işlər Azərbaycanın yalnız indiki enerji resursları ilə deyil, həm də gələcəyin texnoloji və ekoloji çağırışlarına cavab verəcək strategiyalarla hərəkət etdiyini sübut edir.

Prezident İlham Əliyevin Ermənistanla münasibətlərin normallaşması, sülh sazişi və etimadın tədricən qurulması ilə bağlı çağırışları realist və diplomatik yanaşmanı nümayiş etdirir. Ermənistanın keçmişdə buraxdığı strateji səhvlərin Cənubi Qafqazın bütövlükdə inteqrasiyasına əngəl törətdiyini vurğulayan çıxış, gələcəkdə belə bir əməkdaşlığın mümkünlüyü üçün əsas şərtləri də müəyyənləşdirməkdədir.

Müharibənin beynəlxalq hüquqa və etik qaydalara uyğun aparılması fikri Azərbaycanın təkcə qalib tərəf olaraq deyil, həm də beynəlxalq hüquqa sadiq bir dövlət kimi mövqeyini gücləndirir. Bu yanaşma Azərbaycanın münaqişədən sonra regional sabitlik və etimadın bərpası istiqamətində atdığı addımların ardıcıl və əsaslandırılmış olduğunu göstərir.

Son illərdə Cənubi Qafqazda dəyişən geosiyasi mənzərə Azərbaycan üçün həm fürsətlər, həm də təhdidlər yaradıb. 2020-ci ilin payızında başa çatan 44 günlük Vətən müharibəsi ilə dövlətimizin ərazi bütövlüyünün bərpası bölgədə yeni status-kvonun əsasını qoydu. Lakin postmüharibə dövründə beynəlxalq platformalarda ölkəmizə qarşı yönəlmiş əsassız ittihamlar, xüsusilə də Fransa, ABŞ və bəzi Avropa dairələrinin mövqeləri, Azərbaycanın siyasi xəttinə təzyiq göstərmək cəhdlərini gündəmdə saxlayır.
Cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, 2020-ci ilin noyabrında hərbi üstünlük bizdə olduğu halda, Xankəndidə hərbi əməliyyatlar dayandırıldı. Bu addım, hər şeydən əvvəl, mülki əhalinin həyatının qorunmasına və münaqişənin daha geniş regional qarşıdurmaya çevrilməsinin qarşısının alınmasına xidmət edirdi. Əgər məqsəd Ermənistan ərazisinə irəliləmək və daha böyük hərbi nəticələr əldə etmək olsaydı, bunun qarşısını alacaq güc yox idi. Ermənistan ordusunun demoralizə vəziyyəti, 12 min fərarinin olması və strateji ərazilərin Azərbaycan Ordusunun nəzarətində olması bunu sübut edir.

Buna baxmayaraq, Azərbaycan hələ də bəzi qərb dairələri tərəfindən “təcavüzkar” kimi təqdim edilir. Bu, xüsusilə Fransa hökuməti və ABŞ Dövlət Departamentinin bəzi nümayəndələri tərəfindən təşviq edilən qərəzli yanaşmaların nəticəsidir. Belə yanaşmalar nəinki regionda sülhün bərqərar olunmasına kömək etmir, əksinə, Ermənistanı revanşist düşüncələrə təşviq edir.

Azərbaycanın regional siyasətində Türkiyə və İsrail xüsusi yer tutur. Türkiyə ilə müttəfiqlik münasibətləri artıq formal səviyyədə də təsdiqlənib və bu əlaqələr Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənib. İsraillə isə uzun illərdir qarşılıqlı dostluq və strateji əməkdaşlıq münasibətləri qurulub. Bu əlaqələr yalnız silah ticarəti ilə deyil, texnologiya, kənd təsərrüfatı və təhlükəsizlik sahələrində də geniş spektrdə inkişaf etməkdədir.

Dövlət başçısı çıxışında İsrail-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycanın rolu barədə də danışdı. Belə ki, dövlətimizin vasitəçilik rolu geniş ictimaiyyət üçün gizli qalsa da, ekspert dairələrində artıq bu, açıq müzakirə mövzusudur. Bizim məqsədimiz, müttəfiqlərimiz arasında münasibətlərin korlanmaması və bölgədə sabitliyin qorunmasıdır.

Azərbaycan NATO üzvü olmasa da, Əfqanıstan və İraq əməliyyatlarında iştirak edərək ABŞ ilə əməkdaşlıqda mühüm rol oynayıb. Bu, Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin göstəricisidir. ABŞ ilə münasibətlər, xüsusən Prezident Buş dövründə strateji tərəfdaşlıq səviyyəsində olub. Lakin son illərdə, xüsusilə Bayden-Blinken administrasiyası dövründə bu münasibətlərdə müəyyən gərginliklər müşahidə edilirdi.

ABŞ-ın Ermənistana göstərdiyi tərəfkeş münasibət və Azərbaycana qarşı tətbiq edilən informasiya hücumları, bu münasibətlərin zəifləməsinə səbəb olmuşdu. Buna baxmayaraq, Azərbaycan hər zaman konstruktiv yanaşmanı qoruyub saxlayır və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bərpasına çalışır.

Cənab Prezident postmüharibə dövrünün bizə gətirdiyi fürsətləri və sınaqlardan da söz açdı. Azərbaycan regional sabitliyin təmin olunmasında, Ermənistan ilə sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Lakin bu proses birtərəfli ola bilməz. Ermənistan daxili siyasi radikalizmə qarşı mübarizə aparmalı və real sülhə sadiqliyini göstərməlidir.

Dövlətimiz öz ərazi bütövlüyünü və suverenliyini qorumaqla bərabər, regionda etibarlı tərəfdaş kimi fəaliyyət göstərməkdə davam edir. Bu siyasət yalnız hərbi gücə deyil, diplomatik çevikliyin və strateji baxışın birgə sintezinə əsaslanır.

Son illərdə Azərbaycan xarici siyasətində yalnız yaxın regionlarla deyil, uzaq coğrafiyalarla da əlaqələri genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirir. Bu baxımdan Afrika qitəsi dövlətimizin diplomatiyasının diqqət mərkəzinə çevrilməkdədir. Cənab Prezident Qoşulmama Hərəkatındakı aktiv və uğurlu sədrliyimizin dövlətimizin beynəlxalq arenada nüfuzunu əhəmiyyətli dərəcədə artırmasından da bəhs etdi. Bu iki istiqamət Azərbaycanın qlobal miqyasda artan diplomatik ambisiyalarının göstəricisi kimi qiymətləndirilə bilər.

Azərbaycanın Cənubi Afrika ilə münasibətləri xüsusilə diqqətəlayiqdir. Bu ölkə Azərbaycanın Afrika qitəsində səfirliyə sahib olduğu ilk və ən mühüm tərəfdaşlardan biridir. Belə bir diplomatik addım təkcə siyasi əlaqələrin qurulması deyil, həm də iqtisadi, humanitar və mədəni sahələrdə uzunmüddətli əməkdaşlığa əsas yaradır.
COVID-19 pandemiyası dövründə Azərbaycanın 80-dən çox ölkəyə, o cümlədən bir çox Afrika dövlətlərinə göstərdiyi maddi və humanitar yardım, ölkəmizin beynəlxalq həmrəyliyə verdiyi önəmin konkret təzahürüdür. Həmin yardım təhsildən tutmuş səhiyyə sahəsinə qədər geniş spektri əhatə etmiş, tələbələrə verilən təqaüdlər və müxtəlif texniki yardım proqramları ilə tamamlanmışdır. Bu fəaliyyətlər Azərbaycanın xarici siyasətində humanitar diplomatiyanın da ön sırada yer aldığını göstərir.

Afrika liderlərinin 2024-cü ildə Azərbaycana etdikləri səfərlər qarşılıqlı marağın və diplomatik fəallığın artdığını təsdiqləyir. Bu səfərlər yalnız protokol xarakteri daşımayıb, konkret sahələrdə əməkdaşlıq imkanlarının müzakirəsi və real layihələrin təməlini qoymaq baxımından əhəmiyyətli olub.
Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki təsir gücünü və prinsipial mövqeyini aydın şəkildə nümayiş etdirdi. Qeyd olunmalıdır ki, sədrliyimiz üçillik dövr üçün nəzərdə tutulsa da, bu müddət üzv dövlətlərin yekdil qərarı ilə daha bir il uzadıldı. Bu, Hərəkat tarixində unikal hal kimi yadda qaldı və Azərbaycanın uğurlu liderliyinin göstəricisi oldu.
Qoşulmama Hərəkatında Azərbaycanın əsas məqsədi təşkilatın yalnız tarixi varlığını deyil, həm də müasir dövrə uyğun funksional effektivliyini təmin etməkdir. Bu çərçivədə, Parlament və Gənclər Platformalarının yaradılması kimi təşəbbüslər təşkilatın institusional inkişafına yönəlmiş strateji addımlardır.

Bununla yanaşı, Hərəkat çərçivəsində Azərbaycan münaqişələrin qarşısının alınması, ikitərəfli və çoxtərəfli diplomatiyanın təşviqi, inkişaf etməkdə olan ölkələrin səsinin beynəlxalq müstəvidə eşidilməsi kimi məsələlərdə fəal rol oynayıb. Bütün bu fəaliyyət 120 ölkədən ibarət olan mürəkkəb bir təşkilat daxilində konsensusun əldə edilməsində Azərbaycanın peşəkar və balanslı diplomatiyasını təsdiq edir.
Azərbaycanın Afrika ölkələri ilə artan əməkdaşlığı və Qoşulmama Hərəkatındakı nüfuzu göstərir ki, Bakı artıq yalnız regional güc olmaqla kifayətlənmir. İndi Azərbaycan daha geniş miqyasda beynəlxalq məsuliyyət daşıyan, qlobal təhlükəsizlik, ədalət və inkişaf məsələlərində söz sahibi olan bir aktora çevrilib.

Bu tendensiya ölkənin “yumşaq güc” potensialını artırmaqla yanaşı, enerji diplomatiyası, beynəlxalq yardım, təhsil və texniki dəstək sahələrində yeni imkanlar yaradır.

Prezident İlham Əliyev çıxışında Avropa Komissiyasının və Avropa maliyyə institutlarının siyasətindəki ziddiyyətlərə diqqət çəkdi. Bir tərəfdən 2050-ci ilə qədər karbon neytrallığı hədəfi qoyulur, digər tərəfdən isə Azərbaycandan daha çox qaz hasil edib ixrac edilməsi istənilir. Bu isə öz növbəsində Azərbaycanın enerji sektoruna daha böyük sərmayə yatırmasını tələb edir. Lakin uzunmüddətli müqavilələr və aydın bazar perspektivi olmadıqda bu cür sərmayələrin iqtisadi mənası və dayanıqlılığı sual altına düşür.

Son illər Türk Dövlətləri Təşkilatı (TDT) öz fəaliyyətini gücləndirməklə yanaşı, beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutmağa başlayıb. Bu prosesdə Azərbaycanın rolu xüsusilə diqqətəlayiqdir. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycan TDT-nin təşəkkül tapmasında, institusional strukturunun formalaşmasında və təşkilatın gələcək vizionunun müəyyən edilməsində aparıcı mövqedə dayanır.

Azərbaycanın təşəbbüsü ilə ötən yay Şuşada keçirilmiş qeyri-formal Zirvə görüşü Türk dünyasında əməkdaşlığın daha çevik və tez-tez baş tutan mexanizmə çevrilməsinin başlanğıcı oldu. Bu təşəbbüs üzv dövlətlər tərəfindən dəstəkləndi və artıq ikinci qeyri-rəsmi zirvənin də keçirilməsi planlaşdırılır.
Azərbaycanın bu sahədə təşəbbüskar mövqeyi təsadüfi deyil. Türk dövlətlərini birləşdirən ortaq dil, mədəniyyət, adət-ənənə və etnik köklər Azərbaycanın bu inteqrasiya prosesinə verdiyi önəmi daha da gücləndirir. Dövlət başçısının da vurğuladığı kimi, bu dəyərlər əsasında qurulan əməkdaşlıq Avropa İttifaqı kimi digər birliklərdən fərqli olaraq daha təbii və dayanıqlı xarakter daşıyır.

Türk Dövlətləri Təşkilatının əsas fərqləndirici cəhəti onun dəyərlər üzərində qurulmasıdır. Üzv ölkələrin xalqları arasında mədəni və etnik yaxınlıq, ortaq tarix və dil birliyi təşkilata güclü ideoloji təməl verir. Bu, təşkilatı digər beynəlxalq qurumlardan fərqləndirən əsas amildir. Avropa İttifaqının daxilində müşahidə olunan daxili parçalanma, mədəniyyət və dəyər fərqləri, miqrasiya və tarif siyasətləri ilə bağlı narazılıqlar fonunda TDT üzvləri arasında harmoniyanın mövcudluğu ciddi üstünlükdür.

Lakin bu üstünlük öz-özlüyündə kifayət deyil. Cənab Prezident də qeyd etdiyi kimi, təşkilat daha fəal beynəlxalq mövqe tutmalı, qlobal problemlərə dair vahid mövqe ortaya qoymalı və beynəlxalq sistemdə qərarların qəbuluna təsir edən güc mərkəzlərindən birinə çevrilməlidir.

Azərbaycan beynəlxalq maliyyə təsisatlarına olan asılılığını minimuma endirməklə iqtisadi müstəqilliyini gücləndirmiş ölkələrdən biridir. Xüsusilə Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığın dayandırılması və xarici borcun ÜDM-in 7 faizindən az səviyyədə saxlanması ölkəmizin maliyyə dayanıqlığının göstəricisidir. Hazırda Azərbaycanın xarici borcu cəmi 5 milyard dollar təşkil edir ki, bu da ölkənin kreditə ehtiyac duymadığını, əksinə, kredit təklifləri alan tərəf olduğunu göstərir. Bu, dövlətin iqtisadi idarəetmə modelinin effektivliyinə və makroiqtisadi sabitliyinə işarədir.

Azərbaycanın xarici siyasətində yüksələn istiqamətlərdən biri Çin Xalq Respublikası ilə əlaqələrin dərinləşdirilməsidir. Prezident İlham Əliyevin Sədr Si Cinpinlə görüşünün nəticəsi olaraq imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi bu əməkdaşlığın siyasi təməllərini daha da möhkəmləndirmişdir. Hazırda Çin şirkətləri ilə bir sıra sahələrdə, xüsusilə yaşıl enerji, ictimai nəqliyyat və sənaye istehsalı istiqamətində fəal əməkdaşlıq mövcuddur. Çin istehsalı olan ilk “yaşıl” avtobusların Azərbaycanda istifadəyə verilməsi və Günəş panellərinin ölkəmizdə inşa edilən enerji stansiyalarında tətbiqi bu sahədə konkret nailiyyətlər sırasındadır
Azərbaycan Çin tərəfindən irəli sürülən “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ilk gündən dəstəkləyən ölkələrdən biridir. Bakı bu layihəni sadəcə siyasi bəyanatlarla deyil, real infrastruktur sərmayələri ilə dəstəkləyib. Xəzər dənizində inşa edilmiş ən böyük liman, Bakı-Tbilisi-Qars dəmir yoluna qoyulan əlavə investisiyalar, gəmiqayırma zavodunun tam yüklə işləməsi və Zəngəzur dəhlizinə alternativ yolun inşası bu kontekstdə qeyd edilməlidir. Xüsusilə Zəngilan istiqamətindən keçəcək yüklərin logistik üstünlüyü, Azərbaycanın regional nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da artırır.

Azərbaycanın apardığı fəal və prinsipial xarici siyasət kursu bir sıra mühüm beynəlxalq məsələlərdə ədalətli mövqe tutmasını təmin etmişdir. Bu istiqamətdə xüsusi qeyd olunmalı məsələlərdən biri də Azərbaycan ilə Şimali Kipr Türk Respublikası (ŞKTR) arasındakı münasibətlərdir. Prezident İlham Əliyevin bu mövzuda çıxışları Azərbaycanın açıq və qətiyyətli dəstəyini nümayiş etdirir.
Azərbaycanın təşəbbüskarlığı və diplomatik səyləri nəticəsində Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusu ilə qəbul edilmişdir. Bu qərar təkcə siyasi bir addım deyil, həm də Türk dünyasının geosiyasi inteqrasiyası baxımından mühüm mərhələdir. Prezident İlham Əliyevin dəvəti ilə Prezident Ersin Tatarın Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etməsi və Şimali Kipr bayrağı ilə təmsil olunması bu münasibətlərin rəmzi və real gücünü ortaya qoyur.
Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” forumunda səsləndirdiyi fikirlər, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yerini və baxış bucağını aydın şəkildə ortaya qoydu. Son dövrlərdə baş verən qlobal qeyri-müəyyənliklər fonunda dövlətlərin öz maraqlarını daha çevik və prinsipial şəkildə müdafiə etməsi zərurəti yaranıb. Bu kontekstdə Azərbaycan modeli — milli maraqlara söykənən, eyni zamanda regional və qlobal əməkdaşlığı təşviq edən bir siyasət modeli kimi ön plandadır.

Forum çərçivəsində toxunulan mövzular — Türk Dövlətləri Təşkilatında əməkdaşlığın gücləndirilməsi, beynəlxalq maliyyə təsisatlarından asılılığın azaldılması, Şimali Kiprə açıq dəstək, Çin və “Bir kəmər, bir yol” təşəbbüsü ilə strateji tərəfdaşlıq, eləcə də Qoşulmama Hərəkatında fəal rol — Azərbaycanın çoxşaxəli və balanslaşdırılmış xarici siyasətinin təzahürüdür.

Dünya yeni güc mərkəzlərinin formalaşdığı, beynəlxalq təşkilatların isə ciddi çağırışlarla üzləşdiyi bir mərhələyə qədəm qoyur. Belə bir dövrdə Azərbaycanın fəal mövqeyi və dövlət başçımızın bu mövqeyi əsaslandıran çıxışları, ölkəmizin təkcə regionda deyil, daha geniş bir coğrafiyada da söz sahibi olmaq potensialını ortaya qoyur. Bu baxımdan, forum yalnız bir fikir mübadiləsi platforması deyil, həm də Azərbaycanın gələcək qlobal rolunun konturlarını müəyyən edən strateji bir tribuna kimi qiymətləndirilə bilər.

Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Aprel 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see162

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see138

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see136

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see131

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see129

Türkiyə Superliqası: Qalatasaray 3 xalı 2 qolla qazandı

11 Aprel 2025 23:08see127

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see127

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see126

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see123

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see121

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see121

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see120

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see113

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see112

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see109

Lavrov da Antalyadadır KONKRET

12 Aprel 2025 00:15see108

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see107

ABŞ İranla danışıqlarda güzəştlərə hazır olduğunu bildirib

11 Aprel 2025 23:34see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri