ABŞ Çinin “haker ordusu”nun izinə düşdü: İki platforma ələ keçirildi
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
ABŞ hakimiyyət orqanları hakerlərin istifadə etdiyi QScan və QTRouter adlı iki platformanın domenlərini müsadirə etdiklərini açıqlayıblar. İstintaq materiallarına əsasən, həmin platformalardan genişmiqyaslı kiberhücum kampaniyasının həyata keçirilməsində istifadə olunub.
Məlumata görə, hücumların hədəfləri arasında ABŞ Energetika Nazirliyi, Səhiyyə və İnsan Xidmətləri Nazirliyi, Milli Səhiyyə İnstitutları, eləcə də ABŞ və Cənubi Koreyada yerləşən dörd şirkət olub.
ABŞ hakimiyyəti platformaların fəaliyyətini Çində yerləşən Nanjing Xinjiuwei Network Technology Company şirkəti ilə əlaqələndirir. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, şirkətin müştəriləri arasında Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi və Çin Xalq Azadlıq Ordusu da olub.
FTB, NSA və ABŞ Milli Kiber Qüvvələri son illərdə bu qrupla əlaqələndirilən çoxsaylı haker hücumları barədə məlumat yayıb. Bildirilir ki, 2024-cü ilin mayında hakerlər adı açıqlanmayan müdafiə şirkətləri, maliyyə qurumları və universitetlərdən məlumatları oğurlamağa nail olublar.
2024-cü ilin sentyabrında isə hakerlərin ABŞ Energetika Nazirliyinin üç laboratoriyasının, Milli Səhiyyə İnstitutlarının, Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin bir bölməsinin və təhlükəsizlik avadanlığı istehsalçısının şəbəkələrinə daxil olduqları bildirilib.
Bununla yanaşı, bəzi hücum cəhdləri uğursuz olub. 2019-cu ilin avqustunda hakerlər virtual özəl şəbəkədəki zəiflikdən istifadə etməklə NASA-nın şəbəkələrinə daxil olmağa çalışıblar. 2026-cı ilin martında isə onlar müxtəlif şəbəkələri zəifliklərə görə skan edib, ABŞ Senatının və ölkədəki bir xəstəxananın sistemlərinə daxil olmağa cəhd göstəriblər.
Vaşinqtondakı Çin səfirliyi isə Pekinin bütün növ kiberhücumlara qəti şəkildə qarşı olduğunu və qanunvericiliyə uyğun olaraq bu cür fəaliyyətlərlə mübarizə apardığını bildirib. Çin tərəfi, həmçinin ABŞ-ni kibertəhlükəsizlik məsələlərindən Çini nüfuzdan salmaq və Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq etmək məqsədilə istifadə etməkdə ittiham edib.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 28 Avqust 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















