Icma.az
close
up
RU
“ABŞ Çinlə rəqabətdən imtina edir: prioritet daxuli təhlükəsizlikdir“ “Sabah“ (Türkiyə)

“ABŞ Çinlə rəqabətdən imtina edir: prioritet daxuli təhlükəsizlikdir“ “Sabah“ (Türkiyə)

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"ABŞ köhnə alyanslardan və dəyərlərdən belə imtina edə bilər..."

ABŞ bir müddət böyük dövlətlərlə rəqabəti kənara qoyur. Amerika mətbuatına sızan məlumata görə, Vaşinqton yeni strategiya hazırlayır və bu sənəddə milli təhlükəsizlik Çinlə mübarizədən daha üstün mövqeyə çıxarılır.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri yazıb.

Yeni strategiya və dönüş nöqtəsi

Əgər "Politico"nun məlumatı doğrudursa, bu, Trampın ilk prezidentliyi ilə müqayisədə ciddi istiqamət dəyişikliyidir. Başqa sözlə, Rusiya və Çini geri çəkilməyə məcbur edə bilməyən ABŞ indi yenidən öz ənənəvi təsir dairələrinə dönür: Yaxın Şərqdə, Latın Amerikasında, Asiya-Sakit okean regionunda müttəfiqlərini daha çox yükləyəcək.

Trampın ikinci dönəmində müttəfiqlərə qarşı sərt siyasəti artıq bunun ilk əlaməti kimi görünür. Hazırda Pentaqon rəhbəri Pit Heqsethin masasındakı yeni milli təhlükəsizlik layihəsi köhnə alyansları və müqavilələri sadəcə kənara atmağı nəzərdə tutur. ABŞ daxilində və kənarda isə uzun illər müqəddəs sayılan anlayışlar - azadlıq, demokratiya, insan haqları, sərbəst bazar  bir-bir yıxılacaq.

Çarli Kirkə sui-qəsdi və yeni doktrina

Maraqlıdır ki, fanatik sionist və Tramp tərəfdarı olan Çarli Kirkin öldürülməsi 11 sentyabr hücumlarının ildönümünə təsadüf edib. Bu sui-qəsd də yeni strategiyanın əsaslandırılması üçün istinad nöqtələrindən biri olacaq. ABŞ "terrora qarşı müharibə"ni indi öz ərazisinə daşıyır. 

Vətəndaşlar "düşmən döyüşçü" elan edilir, qoşunlar xaricə deyil, ölkənin böyük şəhərlərinə göndərilir. Keçmiş prezidentlər üçün təhlükəsizlik protokolları ləğv olunur. FTB, MKİ, hətta Con Bolton kimi milli təhlükəsizlik məsləhətçiləri belə dərin dövlətin "lazımsız piyadası" kimi damğalanır. Cəmiyyət parçalanır, ideoloji və sosial münaqişələr daha da kəskinləşir.

Yeni döyüş meydanı  ABŞ-ın özüdür

Artıq əsas savaş meydanı uzaq bölgələr deyil, elə Amerikanın öz torpaqlarıdır. Amma Yaxın Şərq də Vaşinqtonun strateji xəritəsində qalır: region ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və İsrail üçün sınaq poliqonuna çevrilir. 

Avropa, Asiya və Afrika isə taleyin ümidinə buraxılır. İsrailin Dohaya hücumu bu konsepsiyanın ilk təzahürü sayılır. Bundan sonra ABŞ-ın heç bir müttəfiqi toxunulmaz deyil. Hətta İsraili tanımaq və Vaşinqtonun himayəsinə keçmək belə təhlükəsizliyi təmin etməyəcək.

Müttəfiqlər çıxış yolu axtarır

Yeni doktrina Avropa və Körfəz ölkələri üçün daha çox sarsıntı vəd edir. Buna görə də onlar alternativ axtarışına başlayıblar. Avropa taleyin ümidinə buraxılıb, Yaxın Şərqdə isə ölkələr İsrailin amansız siyasəti qarşısında çarəsiz qalıb. Türkiyə isə bu fonda ümid işığı kimi görünür. 

"Sabah" yazır ki, indi Ankaranın məsuliyyəti daha da artır. ABŞ-ın İsrail vasitəsilə bölgədə xaos planlarını pozmaq üçün Türkiyə daxili və xarici siyasətdə mövqelərini gücləndirməlidir. Dohaya hücum isə Ankara üçün regionla daha sıx inteqrasiya və xarici cəbhənin möhkəmləndirilməsi imkanına çevrilir.

Dünya indi "qlobal daxili siyasət" mərhələsinə qədəm qoyur - daxili və xarici siyasət arasındakı sərhəd getdikcə silinir. Bu səbəbdən həm ölkəmizdə, həm regionda, həm də dünyada baş verənləri yeni prizmadan qiymətləndirmək vacibdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri