Icma.az
close
up
RU
ABŞ Çinlə ticarət mübahisələrinin danışıqlar masasında həllini istəyir

ABŞ Çinlə ticarət mübahisələrinin danışıqlar masasında həllini istəyir

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ ümid edir ki, Çin mallarına gömrük rüsumlarının artırılması Çin hakimiyyətini ölkələr arasında ticarət mübahisələrini həll etmək üçün danışıqlara başlamağa məcbur edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Əbu-Dabidə mətbuat konfransında çıxış edən ABŞ-nin energetika naziri Kris Rayt deyib.

"Hazırda gördüyünüz danışıqların ilkin mərhələsidir. Tezliklə ABŞ və Çinin razılığa gəldiyini görəcəyik. Hesab edirəm ki, bu, ABŞ-nin və Çinin maraqlarına uyğundur", - Rayt Əbu-Dabi Milli Neft Şirkətinin baş qərargahını ziyarət etdikdən sonra deyib.

Eyni zamanda, nazir qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp öz iqtisadi siyasətindən “geri çəkilmək niyyətində deyil”. “Prezident Tramp ABŞ-nin trayektoriyasını dəyişmək, xaricdəki ölkələrlə daha yaxşı sövdələşmələr etmək, ABŞ-də iqtisadi imkanları yaxşılaşdırmaq üçün seçilib”, - o əlavə edib.

Xatırladaq ki, aprelin 3-də ABŞ prezidenti əlverişsiz iqtisadi vəziyyət və ticarət kəsiri ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib ki, bu da Amerika administrasiyasına başqa ölkələrdən idxala rüsumlar tətbiq etməyə imkan verir. Bir gün əvvəl o, 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. Çinə gəldikdə isə Amerika tarifləri 34% səviyyəsində müəyyən edilib. Buna cavab olaraq Çin hakimiyyəti aprelin 10-dan etibarən ABŞ-dən idxal edilən bütün məhsullara 34% əlavə rüsum tətbiq edəcəklərini açıqlayıb.

Çərşənbə günü Tramp, danışıqlara hazır olduqlarını göstərən ölkələrə tarif artımlarını 90 gün müddətinə dayandırdığını söyləyib. Belə ölkələrə 10%-lik idxal rüsumları tətbiq olunacaq. Bu tədbir Çinə şamil edilmir. ABŞ prezidenti daha sonra Çin hökuməti ABŞ ilə ticarət razılaşmasına razılaşana qədər Çin məhsullarına 104% rüsum tətbiq edəcəyini açıqladı.

Buna cavab olaraq Çin Amerika mallarına rüsumları 34%-dən 84%-ə qaldırıb. Tramp da öz növbəsində fentanil adlı narkotik maddənin yayılmasına qarşı mübarizədə Kanada, Meksika və Çin hökumətlərinin kifayət qədər səy göstərmədiyi iddiası ilə Amerika liderinin əvvəllər tətbiq etdiyi 20%-lik tarifi nəzərə alaraq Çin üçün idxal rüsumlarının dərhal 125%-ə qaldırıldığını açıqlayıb. Çindən gələn mallara ümumi rüsum hazırda 145% təşkil edir.

Turan İSMAYIL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Aprel 2025 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri