ABŞ COP29dan növbəti həftələrdə tutarlı nəticələr gözləyir Baydenin müşaviri
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“2023-cü ildə ABŞ-də istehsal olunan 36 giqavatt həcmində ekoloji cəhətdən təmiz elektrik enerjisi, yəni yaşıl enerji 20 milyondan çox evin elektrik enerjisi ilə təminatına kifayət edib”.
Bunu ABŞ Prezidenti Co Baydenin İqlim məsələləri üzrə müşaviri Con Podesta COP29-da çıxış edərkən bildirib.
O əlavə edib ki, 4 il ərzində ABŞ iqtisadiyyatında karbon qazı emissiyalarının azaldılması istiqamətində irəliləyişə nail olunub:
“Ötən həftə ABŞ-də prezident seçkiləri keçirilib, lakin buna baxmayaraq, ABŞ-dən olan nümayəndə heyəti iqlim dəyişikliyi ilə mübarizə naminə fəaliyyət göstərmək üçün bu gün buradadır. Bizim danışmağa sözümüz var. Biz ABŞ olaraq bu tədbirdən növbəti həftələrdə tutarlı nəticələr gözləyirik. Son 4 il ərzində ABŞ iqtisadiyyatında karbon qazı emissiyalarının azaldılması istiqamətində bir sıra irəliləyişlərə nail olub. Mən ümid edirəm ki, biz karbon qazı emissiyalarının tənzimlənməsi yolunda fəaliyyətimizi davam etdirəcək və əhalinin daha sağlam şəraitdə yaşamasını təmin edəcəyik”.
Baxış sayı:147
Bu xəbər 12 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















