ABŞ da hakim Trampın poçtla səsvermə sərəncamını blokladı
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-da federal hakim prezident Donald Trampın poçtla səsverməni məhdudlaşdıran sərəncamının icrasını dayandırıb.
Turkustan.az xəbər verir ki, Massaçusets Rayon Məhkəməsinin hakimi İndira Talvani Massaçusets Qadın Seçicilər Liqası və digər iddiaçılar tərəfindən qaldırılan məhkəmə işi üzrə qərar verərək, federal hökumətin seçkiləri bu şəkildə tənzimləmək səlahiyyətinə malik olmadığını bildirib.
Talvani Trampın federal hökumətdən mərkəzləşdirilmiş seçici siyahısı yaratmağı və ABŞ Poçt Xidmətinin (USPS) yalnız həmin siyahıda qeydiyyatda olan seçicilərə poçtla göndərilən bülletenləri çatdırmasını tələb edən sərəncamına qarşı ilkin qadağa qoyub.
Hakim iyun ayında 23 ştat və Vaşinqtonda sərəncamın əsas müddəalarının icrasını dayandırmışdı. Son qərarı ilə bu bloklamanın əhatə dairəsini bütün ABŞ-a genişləndirib.
Qərar noyabrda keçiriləcək ara seçkilər ərəfəsində mühüm əhəmiyyət daşıyır. Seçkilərdə seçicilər Nümayəndələr Palatası və Senatda qüvvələr nisbətinin necə olacağını müəyyənləşdirəcəklər.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 Avqust 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















