ABŞ da işsizlik müavinəti üçün müraciətlər üçüncü həftədir ki, 200 mindən aşağıdır
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da işsizlik müavinəti üçün müraciətlər üçüncü həftədir ki, 200 mindən aşağıdır.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin açıqladığı məlumatlara görə, 1 avqust tarixində başa çatan həftədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı cüzi artaraq 199 min nəfərə yüksəlib.
"Bloomberg" tərəfindən iqtisadçılar arasında keçirilən sorğunun median proqnozuna görə, müraciətlərin sayının 205 min olacağı gözlənilirdi.
Dörd həftəlik hərəkətli orta göstərici 2022-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə enib. Davam edən işsizlik müavinəti müraciətlərinin sayı isə əvvəlki həftə 1,8 milyon olub.
İqtisadçılar hesab edirlər ki, istehlak xərclərinin iqtisadi fəallığı dəstəkləməyə davam etməsi fonunda cümə günü açıqlanacaq iyul ayına dair məşğulluq hesabatı əmək bazarında sağlam məşğulluq artımını göstərəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 06 Avqust 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















