ABŞ da kənd təsərrüfatı istisna olmaqla məşğulluqda müsbət sürpriz
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da kənd təsərrüfatı istisna olmaqla məşğulluqda müsbət sürpriz.
Banco.az xəbər verir ki, ABŞ-da kənd təsərrüfatı istisna olmaqla məşğulluq avqust ayında 162 min nəfər artıb.
“Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların gözləntisi məşğulluğun 55 min nəfər artacağı istiqamətində idi.
İyul ayı üçün 23 min nəfərlik azalma kimi açıqlanan məşğulluq göstəricisi isə 21 min nəfərlik artıma yenidən nəzərdən keçirilib. Avqust ayı etibarilə iki aylıq düzəlişin ümumi həcmi 55 min nəfər təşkil edib.
Ölkədə işsizlik səviyyəsi avqust ayında 4,1 faiz təşkil edərək gözləntilərə uyğun gəlib.
İnflyasiya göstəriciləri baxımından mühüm əhəmiyyət daşıyan orta saatlıq qazanc da proqnozlara uyğun nəticə göstərib.
Avqust ayında orta saatlıq qazanc əvvəlki ayla müqayisədə 0,3 faiz artıb. Qazanc üzrə illik artım isə 3,1 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 06 Sentyabr 2026 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















