Icma.az
close
up
RU
Məşğulluqda gender bərabərliyi

Məşğulluqda gender bərabərliyi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır. Ölkəmiz bu sahədə bir sıra beynəlxalq konvensiya və sənədlərə qoşulub, qabaqcıl beynəlxalq təcrübəyə uyğun normativ-hüquqi baza formalaşdırılıb, institusional mexanizm yaradılıb. Əmək münasibətlərinin hüquqi tənzimlənməsində gender bərabərliyinin təmin olunması qadınların əmək bazarında iştirak səviyyəsinin artması ilə müşayiət olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov bildirdi ki, Konstitusiyamızın 25-ci maddəsi hüquq və azadlıqların bərabərliyini təmin edir. Eyni zamanda, ölkəmiz BMT Baş Assambleyası tərəfindən 1979-cu ildə qəbul olunmuş “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” , BƏT-in “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında”, BƏT-in “Analığın mühafizəsi haqqında” 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında", BƏT-in “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” konvensiyaları ratifikasiya edib. Bundan başqa, ötən il Azərbaycan BƏT və BMT-nin Qadınlar Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi Bərabər Əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) üzv qəbul edilib. EPIC qadınlar və kişilər arasında bərabər dəyərə malik iş üçün bərabər əməkhaqqı ödənişi prinsipinin qlobal səviyyədə təbliği və təşviqini həyata keçirir.

Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində həmin konvensiyalara, mütərəqqi beynəlxalq yanaşmalara uyğun siyasət aparıldığını və milli qanunvericiliyin həmin sənədlərə uyğun təkmilləşdirildiyini vurğulayan Sahib Məmmədov qeyd etdi ki, ölkəmizdə əmək qanunvericiliyində, əmək münasibətlərində cinsinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qadağan edilir, qadınlar və kişilərə əmək münasibətlərində, habelə, sosial təminat hüququnun həyata keçirilməsində bərabər şərtlər və imkanlar nəzərdə tutulur. Əmək qanunvericiliyinə əsasən işə qəbul, əmək şəraiti, əməkhaqqı və vəzifədə irəli çəkilmə məsələlərində qadın və kişilər üçün bərabər hüquqlar təmin olunur.

Qadınların məşğulluq imkanlarının artırılması, əmək bazarında iştirakının genişləndirilməsi və gender stereotiplərinin aradan qaldırılması istiqamətində son illər qanunvericilikdə yeni mühüm dəyişikliklər edilib. Qadın əməyi ilə bağlı aparılan islahatlar Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında nümunə kimi göstərilib. Bu islahatların müsbət nəticəsi kimi, Dünya Bankının Qadın, Biznes və Hüquq üzrə 2024-cü il nəşrindəki hesabat-reytinqdə Azərbaycan öz indeksini 78,8-dən 85-ə çatdırıb və 35 pillə irəliləyərək 190 ölkə arasında 104-cü pillədən 69-cu pilləyə yüksəlib.

Ölkəmizin əmək qanunvericiliyində qadınlar, o cümlədən ailə vəzifələri olan qadınlar üçün mühüm təminatlar, güzəşt və imtiyazlar da yer alır. Belə ki, əmək müqaviləsi bağlanarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti müəyyən edilmir, hamilə qadınlar və uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların attestasiyası keçirilmir.

İşəgötürənin hamilə, habelə, üç yaşınadək uşağı olan qadınların, müəssisənin ləğvi və əmək müqaviləsinin müddətinin bitməsi əsasları istisna olmaqla, əmək müqaviləsini ləğv etməsi qadağandır. Hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatlıq qısaldılmış iş vaxtı müəyyən edilir. Onlar qısaldılmış iş vaxtı şəraitində çalışsalar da, əməkhaqları tam məbləğdə ödənilir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlil uşağı olan qadınlar yalnız öz razılıqları olduğu halda gecə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilə, ezamiyyətə göndərilə bilərlər.

Eyni zamanda, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin əlil uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin əlavə və qismən ödənişli məzuniyyətlərdən istifadə hüququna malikdirlər. Qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən isə hamiləliyə və doğuşa görə məzuniyyətlə bağlı müddəalar da beynəlxalq standartlara uyğun təkmilləşdirilib. Belə ki, məzuniyyətin doğuşdan əvvəlki hissəsi doğuş gözlənilən tarixdən uşağın faktiki doğulduğu günədək ödənişli olaraq uzadılır və bu halda doğuşdan sonrakı hissə qısaldılmır.

Onu da qeyd edək ki, qadınların əmək bazarına çıxışı və məşğulluq imkanlarının artırılması dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindəndir. Təsadüfi deyil ki, ölkəmizdə qadınların məşğulluq səviyyəsi getdikcə yüksəlir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, 2025-ci ildə 69,5 min qadın münasib işlə təmin edilib. Mühüm sosial-iqtisadi əhəmiyyətə malik özünüməşğulluq proqramı nəticəsində işsiz və işaxtaran qadınların kiçik sahibkarlığa çıxış imkanları yaranıb. Ötən il 6,5 mindən çox qadına özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilməklə onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb.

Qadınların məşğulluğunun təminatında önəmli aktiv məşğulluq proqramlarından biri də onlar üçün peşə hazırlığının təşkilidir. Peşə hazırlığının təşkili nəticəsində onlar əmək bazarının tələblərinə uyğun ixtisas və bacarıqlara yiyələnirlər. Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı kurslarına cəlb olunan 18,4 min işsiz və işaxtaran şəxsdən 11,8 min nəfərini qadınlar təşkil edib. Qeyd edək ki, peşə hazırlığının yekununda kursu uğurla başa vuran şəxslərin işlə təminatına da Agentlik tərəfindən dəstək göstərilir.

Bütün bunlar əmək münasibətlərində gender prinsiplərinin gücləndirilməsinə xidmət edir və qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab olunmur.

Mustafa KAMAL
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2026 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see376

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see255

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see250

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see230

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see218

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see215

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see200

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see196

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see195

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see187

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see177

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see166

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see165

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see164

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see161

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see160

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see159

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see159

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see156

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri