ABŞ da məktəblərin maliyyələşdirilməsi və yerli qida məhsullarının alınması üçün vəsait 1 milyard dollardan çox azaldıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 11 mart, AZƏRTAC
ABŞ Kənd Təsərrüfat Nazirliyi hər il məktəblərə və ərzaq banklarına yerli qida məhsullarının alınması üçün xərclənən 1 milyard dollardan çox vəsaitin ayrıldığı iki federal proqramı dayandırıb.
AZƏRTAC xəbər verir ki, ölkə üzrə yeməkxana işçiləri və direktorlarını təmsil edən Məktəb Yeməkləri Assosiasiyasının mətbuata açıqlamasında bildirib: “ABŞ Kənd Təsərrüfat Nazirliyi “Məktəblər üçün yerli qida və ərzaq” proqramının maliyyəsini 2025-ci ildə 660 milyon dollar azaldıb. Bu proqram çərçivəsində ərzaq banklarına dəstək məqsədilə bu il təxminən 500 milyon dollar ayrılmalı idi. Bu barədə “Reuters” agentliyi xəbər verib.
Bu proqramların bağlanması, Prezident Donald Tramp administrasiyasının federal hökumət xərclərin kəskin şəkildə azaldılmasının bir hissəsidir.
Trampın Kanada, Meksika və Çindən idxal olunan mallara yeni gömrük rüsumları tətbiq etməsi Amerikanın kənd təsərrüfat məhsullarının ən böyük alıcıları ilə ticarət münaqişələrinə səbəb olub.
ABŞ digər qrant və proqramları dondurduğu üçün fermerlərlə qida təşkilatları işçilərini ixtisar edərək investisiyaları dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 11 Mart 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















