Icma.az
close
up
RU
Avropa masadadır, amma masanın sahibi deyil ŞƏRH

Avropa masadadır, amma masanın sahibi deyil ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Ukrayna müharibəsi Avropanın zəif nöqtələrini açdı 

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Qərb danışıqlardan imtina edərsə, "tarixi torpaqlarını" hərbi yolla azad edəcəklər. O bildirib ki, 2025-ci il xüsusi hərbi əməliyyatın vəzifələrinin həllində mühüm bir mərhələ olub. Putin Rusiya ordusunun Ukraynada 2025-ci ildə 300-dən çox yaşayış məntəqəsini ələ keçirdiyini söyləyib. Rusiya prezidenti Şimali Koreya hərbi qulluqçularının Kursk vilayətində cəsarətli hərəkətlərini və Kursk ərazisinin genişmiqyaslı minalardan təmizlənməsinə göstərdikləri köməyi qeyd edib. Putinin sözlərinə görə, Rusiya ordusu bütün cəbhə xətti boyunca strateji təşəbbüsü möhkəm şəkildə əlində saxlayır. Kreml rəhbəri vurğulayıb ki, Rusiya ordusu hücum tempini, o cümlədən strateji əhəmiyyətli ərazilərdə artıra bilər. Putin qeyd edib ki, "Burevestnik" və "Poseydon" sistemləri Rusiyanın strateji bərabərliyini və təhlükəsizliyini onilliklər ərzində təmin edəcək. O, bu sistemlərin uzun müddət unikal qalacağını vurğulayıb: "Oreşnik" sistemi ilin sonuna qədər döyüş növbəsinə qoyulacaq".

Ağ Evin aparat rəhbəri Syuzi Uayls deyib ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin sülh istədiyinə inanmır. Onun sözlərinə görə, Tramp Putinin bütün Ukraynanı işğal etmək niyyətində olduğunu düşünür. Ukraynalı diplomat Roman Bessmertnı isə deyib ki, Rusiya danışıqlar zamanı konstruktiv mövqeyə hazır deyil: "Kreml Ukraynanı ya Trampın əli ilə, ya da güc yolu ilə ələ keçirməyi hədəfləyir". Diplomatın sözlərinə görə, həm birinci, həm də ikinci məsələ Ukrayna Konstitusiyasına ziddir: "Konstitusiyada ölkənin NATO kursu açıq şəkildə təsbit olunub, seçkilərlə bağlı vəziyyət də eynidir, çünki hərbi vəziyyət dövründə bunun baş tutması mümkün deyil. Üstəlik, seçkiləri hazırlıqsız keçirmək olmaz. Bu isə o deməkdir ki, atəşkəs və ya müvəqqəti sülh seçkilərin keçirilməsi üçün şərt sayıla bilməz". Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Rusiya tərəfi hələlik Vaşinqton və Kiyev arasında danışıqların nəticəsi barədə məlumata malik deyil. Ryabkovun sözlərinə görə, Rusiya danışıqlar prosesinin nəticəsini gözləyir. Məlumat üçün bildirək ki, Berlində ABŞ-Ukrayna və Avropa liderləri arasında danışıqlar aparılıb. Görüşlər nəticəsində bir sıra mühüm məsələlər, o cümlədən ABŞ və Avropanın Ukraynaya təqdim edə biləcəyi təhlükəsizlik zəmanətləri üzrə müəyyən razılaşmalar əldə olunub. "The Telegraph" isə yazıb ki, bir çox səbəblərə görə müharibənin başa çatmasından danışmaq hələ tezdir. 

Tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu Sherg.az-a deyib ki, Berlin danışıqları Ukrayna müharibəsinin taleyini müzakirə masasına çıxarsa da, əslində, Avropa İttifaqının öz geosiyasi zəifliyini açıq şəkildə ifşa edir. Ekspertin fikrincə, təhlükəsizlikdə ABŞ-yə, enerji balansında xarici mənbələrə, siyasi qərarlarda isə daxili parçalanmaya bağlı bir birlik obrazı formalaşır: "Müharibənin Avropa torpaqlarına yaratdığı birbaşa riskə baxmayaraq, Avropa İttifaqı hələ də strateji təşəbbüsü ələ almaqdan çox, böyük güclərin qərarlarına uyğunlaşan passiv aktor kimi çıxış edir. Berlin danışıqları göstərdi ki, Avropa çətinliklə də olsa masadadır, amma masanın sahibi deyil. Ukrayna üzərindən formalaşan yeni təhlükəsizlik arxitekturasında Aİ hərbi-siyasi iradə boşluğu səbəbilə nə müharibəni dayandıra bilən, nə də sülhü şərtləndirən əsas gücə çevrilə bilir. Bu vəziyyət Avropanın "normativ güc" iddiasının sərt geosiyasi reallıq qarşısında necə aşındığını bütün çılpaqlığı ilə ortaya qoyur. Hələ təhlükəsizlik, milli müdafiə sənayesi sahəsində qardaş Türkiyə ilə əməkdaşlığa möhtac olsalar da, yenə "xristian klubu" kimi davranaraq Ankara ilə viza sərbəstliyi və gömrük birliyi məsələsində konstruktiv mövqe tutmamaları da ayrı bir problemdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Dekabr 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri