Icma.az
close
up
RU
ABŞ da şatdaun ölkə daxilində gərginliyi artırır REPORTAJ

ABŞ da şatdaun ölkə daxilində gərginliyi artırır REPORTAJ

Azertag saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton, 4 oktyabr, AZƏRTAC

ABŞ Senatında günlərdir davam edən müzakirələrə baxmayaraq, Respublikaçılar Partiyası ilə Demokratlar Partiyası arasında hələ də ortaq mövqe yoxdur. Şatdaunun davam etməsi xüsusilə minlələr işçinin işdən azad ediləcəyi ilə bağlı xəbərlər fonunda ölkə daxilində gərginliyi artırır.

Şatdaun nədir?

ABŞ-da federal hökuməti maliyyələşdirmək üçün tələb olunan qanun layihəsi növbəti maliyyə ili başlayana qədər qəbul edilmədikdə hökumətin bağlanması baş verir.

ABŞ tarixində ən uzun bağlanma Donald Trampın ilk prezidentliyi dövründə 2018-2019-cu illərdə 35 gün olub. Hazırkı şatdaun sayca ölkə tarixində on birincidir.

ABŞ qanunlarına əsasən ölkədə növbəti maliyyə ili oktyabrın 1-i başlayır. Bu tarixə qədər xərcləmələrlə bağlı bütün qanun layihələri təsdiqlənməlidir. Bu baş veməsə, federal qurumların maliyyələşməsi dayanır. Vaşinqtondakı Bay Atlantik Universitetinin (BAU) politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah bildirib ki, ölkə daxilindəki bu vəziyyət fərqli görünə bilir.

“Şatdaun olarsa deməli Birləşmiş Ştatlar hökuməti hər şeyi bağlayır? Xeyr. Hər şey bağlanmır. Əsas xidmətlər davam edir. Silahlı qüvvələr fəaliyyətini davam etdirir. Həm yerli, həm də beynəlxalq hava limanlarına daxil olan və çıxan təyyarələri tənzimləyən hava hərəkəti işini davam etdirir. Həyati vacib olmayan sahələr müvəqqəti olaraq fəaliyyətlərini dayandırır, çünki texniki olaraq hökumətin vəsait axını dayanıb”,- deyə amerikalı ekspert əlavə edib.

Demokratlar Partiyası və Respublikaçılar Partiyası arasında əsas fikir ayrılığı 1,5 trilyon dollarlıq səhiyyə xərcləri ilə bağlı yaranıb. Demokratlar israrla bu xərcin növbəti il büdcəsində yer almasını istəyirlər. Respublikaçılar Partiyasının qanun layihəsi sentyabrın ilk yarısında Nümayəndələr Partiyasından keçsə də sözügedən xərclərin layihədə yer almaması səbəbindən Senatda təsdiqlənməyib. Əslində hər iki palatada Respublikaçılar Partiyası çoxluğa malikdir. Lakin qanunun təsdiqlənməsi üçün Senatda ən az 60 səs toplanmalıdır.

Senatın 100 üzvü var. Onlardan 53-ü Respublikaçılar, 45-i Demokratlar Partiyasının üzvüdür. İki senator isə müstəqildir. 60 səsi toplamaq üçün Demokratlar Partiyasının azı 5 üzvü layihənin lehinə səs verməlidir. Demokratların qanun layihəsi səhiyyə xərcləri ilə birgə oktyabrın 31-dək hökuməti yenidən açmağı nəzərdə tuturdu, Respublikaçıların oktyabrın 3-nə qədər bir neçə dəfə səsə qoyduğu layihə isə noyabrın 21-dək xərclərin təminatınını planlayır.

İndiyə kimi səsvermələr 55:45 nisbətində gedib. Respublikaçılardan yalnız bir senator layihənin əlehinə səs verib. Müstəqil senatorlar da səslərini bu layihənin lehinə istifadə ediblər. Bu o deməkdir ki, yalnız bir Demokratlar Partiyası üzvü layihənin lehinə səsini verib. Son səvermədə isə qanun layihəsi 54 səs toplaya bilib. Bu dəfə hər iki partiyadan bir təmsilçi səs verməkdən çəkinib.

Beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah bildirib ki, Respublikaçılar bu qətnaməni qəbul etmək üçün ən azı bəzi demokratların razılığına ehtiyac duyurlar, lakin tərəflər hələ də bir fikrə gələ bilmir və bu da amerikalıların həyatına təsir edir.

“Hazırda texniki cəhətdən işsiz olan təxminən 750 min dövlət işçisi var. Onlar təbii ki, işlərini itirməyiblər, sadəcə maaş almırlar. Hər şey qaydasına düşdükdən sonra maaşlar onlara geri ödəniləcək. Ancaq bu bir narahatlıqdır. Həftələr və ya aylarla davam etsə bu, əsl narahatçılıq olar. Beləliklə, indi bu, siyasi məsələyə çevrilir”,- deyə ekspert əlavə edib.

Şatdaun isə uzandıqca təsirləri də artır. Ağ Ev rəsmiləri şatdaunun qarşıdakı günlərdə iş yerlərində ixtisarların olması ilə nəticələnəcəyini deyərək bunun məsuliyyətini müxalif partiyanın təmsilçilərinin daşıdığını bəyan ediblər. Federal agentliklərin də yaxın günlərdə kütləvi ixtisarlara başlayacaqları açıqlanıb.

Senatorların isə növbəti səsvermə üçün gələn həftənin əvvəli toplanacağı deyilir. İki tərəf arasında kəskin fikir ayrılığı onların tezlikə ortaq məxrəcə gələ bilməyəcəklərini göstərir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri