Icma.az
close
up
RU
ABŞ da sərnişinlər yanan təyyarənin qanadı üzərindən təxliyə edilib

ABŞ da sərnişinlər yanan təyyarənin qanadı üzərindən təxliyə edilib

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kolorado ştatının Denver Beynəlxalq Hava Limanında "American Airlines" sərnişin təyyarəsində baş verən yanğınla əlaqədar təxliyə həyata keçirilib. Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, hadisə şahidlərinin qeydə aldığı görüntülərdə "Boeing 737-800" təyyarəsinin qanadına toplaşan sərnişinlərdən bəzilərinin əl çantalarını tutduqları, təyyarənin aşağı hissəsində alovların yüksəldiyi görülüb.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) sərnişinlərin təhlükəsiz şəkildə təxliyyəsi üçün hava şarlarından istifadə edildiyini açıqlayıb. Agentlik hadisənin səbəbləri ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

FAA-nın məlumatına görə, təyyarə Kolorado-Sprinqsdən havaya qalxaraq Texasdakı Dallas Fort-Uort beynəlxalq hava limanına doğru hərəkət edib. Lakin ekipajın "mühərrik vibrasiyası" xəbərindən sonra təyyarə təcili olaraq Denverə enib.

Təyyarənin enişdən sonra uçuş-enmə zolağı ilə hərəkət edərkən alovlandığı qeydə alınıb. "American Airlines" təyyarədə altı ekipaj üzvü də daxil olmaqla ümumilikdə 172 sərnişinin olduğunu və hər kəsin təhlükəsiz şəkildə təxliyə edildiyini açıqlayıb.

Sosial mediada paylaşılan görüntülərdə sərnişinlərin qatı qara tüstünün arasında qanadın kənarına doğru getdikləri görülüb. Sahə ekipajlarının nərdivanlarla təyyarənin qanadına doğru qaçdığı anlar da qeydə alınıb.

Hadisə Şimali Amerikada baş verən son aviasiya qəzalarından sonra təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Vaşinqtonda "American Airlines"a məxsus regional təyyarənin ABŞ ordusuna məxsus "Black Hawk" helikopteri ilə toqquşması nəticəsində 67 nəfər həlak olub. Bu qəza özü ilə hava hərəkətinin idarə edilməsində çatışmazlıqlar və iş yükü ilə bağlı sualları da gətirib.

Məlumdur ki, ABŞ prezidenti Donald Trampın administrasiyası hökumət xərclərini azaltmaq siyasəti çərçivəsində FAA-nın yüzlərlə əməkdaşının işini dayandırıb. İşdən çıxarılanlar arasında texniki qulluqçuların, ətraf mühitə uyğunluq işçiləri və texniki köməkçilərin olduğu bildirilir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Mart 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri