Yeni canlı növü kəşf edildi
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Alimlər təxminən 10-13 milyon il əvvəl Şimali Amerikada yaşamış, uzun boynu və dörd santimetrə çatan iti köpək dişləri ilə seçilən yeni dəvə növünü müəyyən ediblər. Qorxunc görünüşünə görə “vampir dəvəsi” adlandırılan bu heyvan bitkilərlə qidalanıb.
“Qafqazinfo” xəbər verir ki, “Vampyrocamelus welshi” adı verilən növün qalıqları indiki Texas və Oklahoma ştatlarında, qismən isə Nebraska ərazisində aşkar edilib.
Maraqlıdır ki, fosillər təxminən bir əsr əvvəl tapılsa da, yalnız indi aparılan geniş araşdırma nəticəsində yeni növ kimi müəyyənləşdirilib.
Amerika Təbiət Tarixi Muzeyinin kolleksiyasında saxlanılan minlərlə fosili yenidən araşdıran alimlər heyvanın digər dəvələrdən fərqlənən əsas xüsusiyyətinin təxminən 40 millimetr uzunluğunda iti köpək dişləri olduğunu müəyyən ediblər.
Tapıntılar onun zürafəyə bənzər, uzun boyunlu və incə ayaqlı nəsli kəsilmiş “Aepycamelus” cinsinə oxşadığını göstərir. Tədqiqatçılar “vampir dəvəsi”nin də ağacların yuxarı budaqlarındakı yarpaqlarla qidalanmış ola biləcəyini düşünürlər.
Alimlər iri köpək dişlərinin yırtıcılardan qorunmaq üçün istifadə edildiyini istisna etməsələr də, onların əsas funksiyasının cütləşmə rəqabəti ilə bağlı olduğunu ehtimal edirlər.
Tədqiqatın həmmüəllifi, paleontoloq Ketrin Marriottun sözlərinə görə, dişi fərdlərdə bu cür iri dişlər olmayıb. Buna görə də erkəklər onlardan dişilərin diqqətini cəlb etmək və rəqibləri ilə mübarizədə üstünlük qazanmaq üçün istifadə etmiş ola bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 26 Noyabr 2026 06:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















