Icma.az
close
up
RU
Sabiq nazir Hüseyn Bağırovun yaxınları Avropadakı mülklərini niyə satırlar?

Sabiq nazir Hüseyn Bağırovun yaxınları Avropadakı mülklərini niyə satırlar?

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Sabiq ekologiya və təbii sərvətlər naziri Huseyn Baghirovun oğlu Lətif Bağırovun və digər ailə üzvlərinin Avropadakı bir neçə şirkəti bir-birinin ardınca ləğv edilib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən araşdırmaçı jurnalist Cavanşir Həsənli deyib ki, Lətif Bağırov və ailə üzvləri ilə əlaqələndirilən üç Latviya şirkətinin 2025-ci il maliyyə nəticələri uğurlu olmayıb. Belə ki, "Stamina Hospitality Services" 2025-ci ili 106.602 €, "Nordfields Investments" (Latviya) isə 522 avro zərərlə başa vurub.
Ən pis durumla isə Çexiyadakı ISLA INVESTMENT s.r.o. şirkəti üzləşib. Belə ki, 9 yanvar 2025-ci ildə Praqa Şəhər Məhkəməsi şirkətin ləğvetmə proseduruna başlaması barədə qərar qəbul edib və 12 fevral 2025-ci il tarixdə ləğvetmə statusu qeydiyyata alınıb. Yeni reyestr tarixçəsinə görə şirkət hələ də ləğvetmə statusunda görünür.
Bağırovların Şotlandiyadakı "Nordfields Hospitalities Ltd" ötən ilin noyabrında ləğv edilib. Şotlandiyadakı daha bir şirkət - "Nordfields Properties Limited" isə hazırda, ləğvetmə prosesindədir. Bu şirkət barəsində Şotlandiya məhkəməsi məcburi ləğvetmə (compulsory liquidation), yəni iflas qərarı verib.
Şirkətin 2014-cü ildə aldığı otel - Buchanan Arms Hotel And Spa (o vaxtkı satış qiyməti 3 milyon avro) isə iflas qərarının altına düşməyib. Bağırovlar onu hələ 2023-cü ildə New World Hospitality şirkətinə satıblarmış.

Maraqlıdır ki, bu şirkətin məcburi ləğvi üçün 3 dəfə - 2019, 2022 və 2025-ci illərdə məhkəməyə müraciət olub. İkinci müraciəti Böyük Britaniyanın vergi orqanı HM Revenue & Customs (HMRC) şirkəti edib. Məhz bundan sonra hotel satılıb. Diqqətçəkən məqam, otel 2023-cü ildə satılsa və onun üzərindəki üç girov bağlansa da, iflas zamanı şirkətin 5,25 milyon funt sterlinq borc öhdəliyi üzə çıxıb. Bunun 85.5 faizi direktorun, yəni Lətif Bağırovun kredit hesabı üzrə öhdəliy təşkil edir.
Şirkətin iflasa qədər başqa bir daşınmaz əmlak da görünür. Cylex biznes məlumat bazasında Carluke, Lanark Road 15-də yerləşən Popinjay Hotel-in hüquqi şirkəti kimi birbaşa NORDFIELDS PROPERTIES LIMITED (SC444402) göstərilir. Otel LOCH LOMOND AND LANARKSHIRE TRADING LIMITED-in icarəsində olub, lakin məhkəmənin iflas qərarından 3 ay əvvəl Bağırovlar ailəsi onu da satmağa nail olublar. Otelin satış qiyməti məlum olmasa da dəyəri şirkət sənədlərində yarım hektarlıq torpaq sahəsi iıə birgə 2.745.382 funt dəyərində göstərilib. Hotel 2015-ci ill martın 31-də 1,125,000 funta alınınmışdı. 18 avqust 2022-ci ildə oteldə Bağırovların hüquqi mülkiyyətində olduğu dövrdə güclü yanğın olmuşdu. Məhz bu yanğından cəmi 4 gün sonra Britaniyanın vergi orqanı HM Revenue & Customs (HMRC) Bağırovların şirkətinin məcburi ləğvi üçün məhkəməyə müraciət etmişdi.

Cavanşir Həsənli hesab edir ki, otellərin əvvəlcədən satılmasının üç mümkün izahı var.
Birinci versiya – şirkəti xilas etmək cəhdi. Direktorlar borcları ödəmək və şirkəti maliyyə böhranından çıxarmaq üçün otelləri satmış, lakin buna nail ola bilməmiş ola bilərlər.
İkinci versiya – əlaqəli kreditorların borclarının qaytarılması. Otellərin satışından gələn vəsait direktor və ya əlaqəli şirkətlərin borclarının ödənilməsinə yönəldilmiş ola bilər.
Üçüncü versiya – aktivlərin məqsədli şəkildə şirkətdən çıxarılması (Asset Stripping). Əgər əmlaklar bazar qiymətindən aşağı satılıbsa və ya satış vəsaiti kreditorların zərərinə əlaqəli şəxslərə ötürülübsə, bu, hüquqi araşdırma predmeti ola bilər.
Əvvəlki iki versiyanın heç biri sübut olunmur. Üçüncü versiyaya gəlincə, Şotlandiya qanunvericiliyi ən azlndan ötən il satılmış Popinjay Hoteli mübahisələndirə bilər. Yəni hadisələrin ardıcıllığı aktivlərin əvvəlcədən məqsədli şəkildə çıxarılması versiyasının araşdırılmasına əsas verir.
Bu uzun əhvalatdan sonra hazırda Böyük Britaniyada sabiq nazirin ailə üzvlərinə məxsus cəmi bir aktiv statuslu şirkət qaldığı məlum olur. Şirkətin 2 milyon funt ümumi aktivləri görünsə də Lətif Bağırovun birbaşa benefisiar olmaması ləğv olunan çirkətin borc öhdəlikləri bu şirkət ciddi təhlükə yaratmır.
Ötən il Kipr Resoublikasında Hüseyn Bağırovun bacısı Düriyyə Nuriyevanın direktoru olduğu WELGEAR INVESTMENTS LIMITED-in də fəaliyyətinə xitam verilib. Könüllü ləğvetmə qərarı hələ 2022-ci ildə verilsə də şirkət hüquqi cəhətdən ötən olin mayında ləğv edilib.

Ötən il Bağırovlar ailəsinə məxsus daha bir şirkət isə Almaniyada ləğv edilib. WUPPER IMMOCENTER GmbH əmlaksızlıq səbəbindən reyestrdən silinib. Amma bu onların Aımaniyanı tamamilə tərk etmələri demək deyil.
Wuppertal WU Immo Center GmbH-nin 2024-cü il balansının yekunu 11,26 miyondan avrodan artıq olub. Bunun 5.690.034 avrosu daşınmaz və digər maddi aktivlər, 5.100.000 avrosu maliyyə aktivləri, 470.744 avrosu isə dövriyyə aktivləridir.
WU Immo Center GmbH-nin Avstriyada əsas payçısı olduğu Hütteldorferstraße 110 Liegenschaftsverwertungs GmbH-nin 2025-ci il maliyyə vəziyyəti də qənaətbəxş görünür, şirkətin ümumi aktivləri 3,30 milyon avro, illik mənfəəti 188.300 €, öhdəlikləri 2,10 milyon €-dur. Bağırovlar ailəsinin bu şirkətdə öz kapitalı 1,19 milyon avrodur.
Yeri gəlmişkən, Bağırovların Lichtenşteyn cırtdan ölkəsində WU Immo Center GmbH üzərindən 100%-lik payla sahibi olduqları BFF FOUNDATION (Kirchstrasse 1, 9490 Vaduz) həm də Latviyada qeydiyyatdan keçmiş Nordfields Investments SIA şirkətinin 100%-lik sahibidir. Bu pay 21 iyun 2018-ci ildən qeyd edilir. Bu şirkət hazırda aktiv görünür.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Noyabr 2026 06:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see391

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see332

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see328

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see299

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see299

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see283

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see280

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see272

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see264

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see263

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see260

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see250

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see247

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see242

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see237

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see237

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see222

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see220
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri