Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

ABŞ da vəzifəsini buraxıb, Xankəndiyə qayıdan həkim... Video

ABŞ da vəzifəsini buraxıb, Xankəndiyə qayıdan həkim... Video

Icma.az, Axar.az saytına istinadən bildirir.

Bakupost.az-ın Yutub kanalında yayımlanan “Saturasiya” verilişinin növbəti qonağı Qarabağ Universiteti Klinikasının baş direktoru, Qarabağ Universitetinın Tibb fakültəsinin qurucu dekanı Samir Babayev olub.

Axar.az xəbər verir ki, uzman doktor Turanə Rəsulovanın təqdimatında yayımlanan verilişdə Qarabağ Universitetində formalaşdırılan yeni və innovativ tibb təhsili modeli, tibb fakültəsində tətbiq olunan müasir, inteqrativ və klinikaya yönəlik tədris yanaşması, eləcə də Azərbaycan səhiyyəsinin yaxın 5 illik inkişaf vizyonu geniş müzakirə olunub.

Samir Babayev müsahibə zamanı şəxsiyyət və mütəxəssis kimi formalaşmasında mühüm rolu olan insanlar, müəllimlər və mentorlar haqqında danışıb. O bildirib ki, qazandığı bütün bilik və idarəçilik bacarıqları uzun illər Türkiyədə, bir müddət isə Avropa və ABŞ-nin nüfuzlu universitet və klinikalarında çalışdığı dövrdə formalaşıb.

Müsahibədə xüsusilə diqqət çəkən məqamlardan biri də Samir Babayevin ABŞ-də karyerasının ən yüksək mərhələsinə çatdığı bir vaxtda rahat və təminatlı həyatdan imtina edərək, ailəsi ilə birlikdə Xankəndiyə qayıtmaq qərarı olub. O, bu addımı sadəcə, milli kimlik məsələsi, ölkəyə və gələcək nəsillərə xidmət missiyası kimi dəyərləndirib.

Verilişdə Samir Babayev Xankəndidə ona etibar edilən işi necə təşkil etdiyini, bir universitet klinikasının sıfırdan qurulması zamanı hansı prinsiplərə əsaslandığını ətraflı izah edib. Onun sözlərinə görə, əsas məqsəd formal struktur deyil, davamlı, şəffaf və beynəlxalq standartlara uyğun bir sistem qurmaqdır.

Qarabağ Universiteti Tibb fakültəsinin uzunmüddətli perspektivi ,onun gələcəkdə təkcə regionun deyil, bütün Azərbaycanın aparıcı tibb təhsil mərkəzlərindən birinə çevrilməsi hədəfi xüsusi vurğulanıb.

Müsahibədə tələbələr üçün yaradılan ən yüksək səviyyəli akademik və klinik şərait barədə də geniş məlumat verilib. Müasir laboratoriyalar, texnoloji baza, erkən mərhələdən klinik təhsilin inteqrasiyası, mentorluq institutu, hibrid öyrənmə modelləri və beynəlxalq tədris standartları Qarabağ Universiteti Tibb fakültəsinin əsas sütunları kimi təqdim olunub.

Samir Babayevin sözlərinə görə, məqsəd sadəc, diplom verən bir fakültə yaratmaq deyil, düşünən, analitik yanaşan, etik dəyərlərə sahib və qlobal səhiyyə proseslərini anlayan həkimlər yetişdirməkdir.

Verilişdə ən diqqətçəkən məqamlardan biri də Samir Babayevin Azərbaycan səhiyyəsinin əsas problemləri ilə bağlı açıq və prinsipial fikirləri olub. O, kadr hazırlığı, təhsil və praktika arasında boşluqlar, sistemli yanaşmanın vacibliyi və uzunmüddətli strateji planlaşdırmanın əhəmiyyəti barədə ciddi mesajlar verib.

Qeyd edək ki, Samir Babayev Azərbaycan Tibb Universitetini bitirdikdən sonra təhsilini Türkiyədə davam etdirib, daha sonra ABŞ-da rezidentura və ixtisaslaşma mərhələlərini uğurla başa vurub. Uzun illər Amerika səhiyyə sistemində çalışan Babayev müxtəlif klinik və akademik strukturlarda rəhbər vəzifələrdə fəaliyyət göstərib, müasir tibbin tədrisi, klinik idarəetmə, mentorluq və rezident hazırlığı sahəsində praktiki biliklər əldə edib.

Uzun illər Nyu York Medical College, University of Texas Southwestern Medical Center və Mayo Clinic kimi dünya səviyyəli müəssisələrdə rəhbər vəzifələrdə işləyib. Müxtəlif tibbi assosiasiyaların üzvü və rəhbəri olub, çoxsaylı elmi məqalələrin və tədqiqatların müəllifidir. Reproduktiv tibbdə protokolların inkişafı və minimal invaziv cərrahiyyə sahəsində də fəaliyyət göstərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Yanvar 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri