“Sabah”ın prezidenti: “Neftçi” Azərbaycanın ən köklü komandasıdır”
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Sabah” futbol klubunun prezidenti Maqsud Adıgözəlov Rusiyanın “Sport-Ekspress” nəşrinə verdiyi geniş müsahibədə klubun maliyyə modeli, Çempionlar Liqasındakı tarixi uğuru və gələcək hədəfləri barədə danışıb.
Futbolpress.az xəbər verir ki, ÇL-dən əldə olunan gəlirlərin klubun illik büdcəsini üstələdiyini deyən rəhbər həmin vəsaitlərin bahalı transferlərə deyil, xüsusi yaradılan “Sabah Endowment” investisiya fonduna yönəldiləcəyini açıqlayıb.
Prezident İlham Əliyevin ayırdığı 5 milyon manat və UEFA mükafatları hesabına maliyyələşəcək fondun gəlirləri ildə 1–1,2 milyon avro tələb edən akademiyanın saxlanmasına sərf olunacaq.
Maaş limitini dəyişməyən klubda ən yüksək illik ödəniş 350 min avro səviyyəsində qalır. Məhz bu səbəbdən İqor Noqeyra heyətdə saxlanıla bilməyib.
Azarkeş auditoriyasını genişləndirmək üçün əsas hədəfin tələbə gənclər olduğunu qeyd edən Adıgözəlov “Neftçi” və “Qarabağ” kimi köklü klublarla rəqabətdən də danışıb:
“Başa düşürük ki, gənc klub olaraq tamaşaçı uğrunda “Neftçi” ilə rəqabət aparmaq bizim üçün çətindir. “Neftçi” Azərbaycanın ən köklü komandasıdır. 60 il əvvəl SSRİ çempionatının mükafatçısı olub. Onun azarkeşlik ənənələri babadan ataya, atadan oğula ötürülüb. Eyni zamanda, artıq 12 ildir avrokuboklarda çıxış edən “Qarabağ”la da rəqabət aparırıq”.
Həmçinin Dortmund “Borussiya”sı ilə oyundan sonra yaranan su keyfiyyəti iddialarına toxunan prezident ilkin analizlərdə təhlükəli bakteriya aşkar edilmədiyini və məsələ ilə bağlı UEFA-ya müraciət olunacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 04 Noyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















