ABŞ da xarici istehsal olan pilotsuz uçuş aparatlarının və onların ehtiyat hissələrinin satışı qadağan edilib
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Federal Rabitə Komissiyası məlumat yayıb.
“Digər ölkələrdə istehsal olunan PUA-lar və onlar üçün mühüm detallar ABŞ-ın milli təhlükəsizliyi və ABŞ vətəndaşlarının təhlükəsizliyi üçün qəbuledilməz təhlükə yaradır. Bu qurğular Komissiyadan icazə ala bilməyəcək və ABŞ-da istifadə və satış məqsədilə ölkəyə gətirilməsi qadağan ediləcək”, - deyə bildirişdə deyilir.
Sənəddə qeyd olunur ki, komissiya xarici dronları və onların ehtiyat hissələrini milli təhlükəsizliyə təhdid yaradan rabitə texnologiyaları siyahısına (Covered List) daxil edib. İstisna olaraq, ABŞ Müdafiə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən ayrıca təsdiqlənən qurğu və hissələrin idxalına icazə veriləcək. Komissiya əlavə təhlükəsizlik tədbirlərinin yaxın illərdə ABŞ-da keçiriləcək kütləvi tədbirlərlə — məsələn, 2026-cı il futbol üzrə dünya çempionatı və 2028-ci il Yay Olimpiya Oyunları ilə əlaqədar olduğunu bildirib. Bundan başqa, bu qadağa ABŞ-da dron istehsalının gücləndirilməsinə də töhfə verəcək.
Komissiya vurğulayıb ki, xarici istehsal olan PUA-ların və onların ehtiyat hissələrinin qadağan edilmiş texnologiyalar siyahısına daxil edilməsi daha əvvəl alınmış cihazlara şamil olunmayacaq. Vətəndaşlar həmin dronlardan istifadəni davam etdirə biləcəklər. Eyni zamanda, mağazalar siyahı yenilənməzdən əvvəl komissiya tərəfindən təsdiqlənmiş PUA modellərinin alışını və satışını davam etdirə biləcək.
"The New York Times" qəzetinin yazdığına görə, yeni tədbir əsasən dünya bazarı üçün bu tip cihazların böyük hissəsini istehsal edən Çinin "DJI" şirkətinin kopterlərinə təsir göstərəcək. ABŞ-da qeydiyyatdan keçmiş dron operatorlarının əksəriyyəti bu şirkətin avadanlıqlarından sahələrin havadan gübrələnməsi, tikinti işlərinin monitorinqi və infrastrukturun yoxlanılması üçün istifadə edir. Qəzetin sitat gətirdiyi ekspertlərdən birinin fikrincə, hakimiyyət artıq satılmış dronların istifadəsini qadağan etməyib, çünki bu, fövqəladə xidmətlərin işinə mane ola bilərdi: polis və xilasedicilər bu cihazlardan cinayətkarların, azmış turistlərin və itkin düşmüş uşaqların axtarışında istifadə edirlər.
İyunda Donald Tramp pilotsuz uçuş aparatlarının istehsalının artırılmasına, müasir PUA-lardan müdafiəyə və kiberməkanda təhlükəsizliyin təmin olunmasına yönəlmiş fərmanlar imzalayıb. Həmin sənədlərdə bildirilir ki, müasir dronlar “artmaq təhlükədir, çünki cinayətkarlar, terrorçular və düşmən xarici qüvvələr bu texnologiyalardan getdikcə daha çox ictimai və milli təhlükəsizliyə təhdid yaratmaq üçün istifadə edirlər.”
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 23 Dekabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















