Bu küçədə yaşıl yanan kimi hərəkət etməyin! Qəza baş versə günahkar sayılacaqsınız VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Nərimanov” metrostansiyasının ətrafında yerləşən geriyədönmə nöqtəsində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov xəbərdarlıq edib. Onun sözlərinə görə, həmin ərazidə sürücülər qırmızı işıqda dayanır və işıq yaşıl yanan kimi avtomobili dərhal hərəkət etdirirlər. Məhz bu tələskənlik qəzaların əsas səbəblərindən biridir. Belə ki, sağ tərəfdən gələn avtomobillər uzaq məsafədə olarkən hələ yaşıl işıqda hərəkət edir, kəsişməyə yaxınlaşanda isə artıq onlar üçün işıq qırmızıya dəyişir. Bu zaman geriyə dönən sürücü hərəkətə başlayır və toqquşma riski yaranır.
Universitetin önündə səki kəsilib, yol çiyni düzəldilib, istifadə edilmir - FOTO
Aqil Rəhimov bildirir ki, bu cür hallarda sürücülər mütləq ehtiyatlı olmalı, yaşıl işıq yanan kimi deyil, 1–2 saniyə gec hərəkətə başlamalıdırlar. Çünki kəsişməyə gec çıxan, lakin hələ də hərəkət edən avtomobillər təhlükə yarada bilər.
Məşqçinin sözlərinə görə, ən maraqlı və eyni zamanda riskli məqam ondan ibarətdir ki, belə bir vəziyyətdə qəza baş verərsə, yaşıl işıq yansa belə, hərəkətə başlayan sürücü günahkar sayıla bilər. Çünki qaydalara əsasən, yaşıl işıqda hərəkət edən avtomobil kəsişməni tam boşaltmalıdır.
Aqil Rəhimov sürücülərə çağırış edərək vurğulayıb ki, bu cür yol qovşaqlarında tələsmək yox, diqqətli olmaq həyati əhəmiyyət daşıyır: “Yaşıl işıq yanır deyə dərhal hərəkətə başlamaq düzgün deyil. Bir neçə saniyə gözləmək sizi ağır qəzadan qoruya bilər.”
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 23 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















