ABŞ dan Çinlə bağlı YENİ QADAĞA: Vaşinqton və Pekin arasında “soyuq müharibə” başlaya bilər KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Amerika hökuməti işçilərinə və onların ailələrinə Çin vətəndaşları ilə romantik münasibətlər qurmağı qadağan edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
“Yeni qadağa ABŞ-ın Çindəki diplomatik nümayəndəliklərinə, Pekindəki səfirliyə və Quançjou, Şanxay, Şenyanq və Uhandakı konsulluqlara, habelə Honq-Konqun yarımmuxtar ərazisindəki Amerika konsulluğuna şamil edilir. Bu, Çindən kənarda yerləşən ABŞ personalına şamil edilmir”, – nəşr yazıb.
Bununla belə, qadağa tətbiq edilməzdən əvvəl Çin vətəndaşları ilə münasibətdə olan dövlət qulluqçuları istisna üçün müraciət edə bilərlər. Ancaq ərizə rədd edilsə, onlardan dərhal əlaqəni dayandırmaq və ya vəzifəsini tərk etmək tələb olunacaq.
Bundan əvvəl Kolumbiya Universitetinin professoru Robert Leqvold bildirib ki, prezident Donald Trampın administrasiyası anti-Çin kursunu davam etdirsə, dünyada ABŞ və Çin arasında soyuq müharibə başlaya bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 03 Aprel 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















