ABŞ dan gözlənilən xəbər gəldi: Tramp hazırlıq əmri verdi, ordu hücum gözləyir
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Ağ Evin mətbuat katibi Kerolin Levitt ABŞ Prezidenti Donald Trampın zərurət yaranacağı təqdirdə İrana qarşı Amerika ordusunun gücündən istifadə etməkdən çəkinməyəcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Fox News”a verdiyi müsahibədə danışıb.
Levittin sözlərinə görə, Donald Tramp diplomatiyanı prioritet hesab edir və bunu dəfələrlə açıq şəkildə bəyan edib. Lakin o vurğulayıb ki, Prezident lazım bildiyi halda ölümcül gücdən və ABŞ Silahlı Qüvvələrinin bütün imkanlarından istifadə etməyə hazırdır.
Mətbuat katibi qeyd edib ki, Tramp hava hücumları da daxil olmaqla, İrana qarşı istənilən variantı nəzərdən keçirməyə açıqdır. Bununla belə, diplomatik yol hələ də ABŞ prezidentinin üstünlük verdiyi əsas seçim olaraq qalır.
“Ordu Prezidentin göstərişi altındadır və istənilən hərbi əməliyyatı yerinə yetirə bilər. Həm quru, həm də hava qoşunlarımız tam hazırdır”, – deyə o bildirib.
Kerolin Levitt əlavə edib ki, cəmi bir neçə ay əvvəl İranın “ən güclü aktivi” hesab edilən nüvə proqramı ABŞ ordusu tərəfindən məhv edilib.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 13 Yanvar 2026 00:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















