ABŞ dan vətəndaşlarına təcili çağırış: Ayıq sayıq olun!
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Dövlət Departamenti Yaxın Şərqdə artan gərginlik fonunda dünya üzrə ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edib.
Turkustan.az xəbər verir ki, Dövlət Departamentinin yaydığı açıqlamada Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin mürəkkəb olaraq qaldığı, bölgədə gözlənilməz eskalasiya riskinin yüksək olduğu bildirilib.
Xəbərdarlıqda Yaxın Şərqdə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarına ayıq-sayıq olmaları, rəsmi qurumların göstərişlərini izləmələri və mümkün uçuş ləğvləri, hava məkanının müvəqqəti bağlanması, eləcə də səyahətlərdə yarana biləcək gecikmələrə hazır olmaları tövsiyə edilib.
Bundan başqa, bölgədən kənarda yaşayan ABŞ vətəndaşlarına Yaxın Şərqə və ya bu regiondan keçməklə planlaşdırılan səfərlərini yenidən qiymətləndirmələri tövsiyə olunub.
Dövlət Departamenti həmçinin xəbərdarlıq edib ki, gərginliyin artması fonunda ABŞ-la əlaqəli şəxslər və obyektlər potensial hədəfə çevrilə bilər.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 21 İyul 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















