ABŞ Danimarka ilə müharibə hazırlaşır? Qrenlandiya bizim olmalıdır...
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezident Administrasiyası rəhbərinin müavini Stiven Miller Qrenlandiyanın Amerikaya məxsus olmalı olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o, adanın hərbi yolla ələ keçirilməsi variantını istisna etməyib.
“Qrenlandiya bizim ümumi təhlükəsizlik sistemimizin bir hissəsi kimi ABŞ-nin tərkibinə daxil olmalıdır. Bu, hazırkı administrasiyanın fəaliyyətə başladığı vaxtdan ABŞ hökumətinin rəsmi mövqeyidir: Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. Prezident Donald Tramp bu məsələdə çox açıq mövqe ortaya qoyub”, - o deyib.
Miller jurnalistin adaya qoşun yeridilməsi ehtimalı ilə bağlı suala birbaşa cavab verməkdən yayınaraq qeyd edib ki, Qrenlandiyanın gələcəyi naminə heç kim Birləşmiş Ştatlarla hərbi baxımdan müharibə aparmayacaq.
ABŞ rəsmisi Danimarkanın ada üzərindəki suverenliyini də şübhə altına alıb:
“Əsas sual budur: Danimarka hansı əsasla Qrenlandiya üzərində nəzarətə iddia edir? Ərazi iddialarını hansı əsasla irəli sürür? Danimarka Qrenlandiyanı hansı əsasla öz koloniyası hesab edir?”./Teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 06 Yanvar 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















