Bakı metrosunda sərnişin stansiya yoluna düşdü − Dünyasını dəyişdi
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Bu gün saat 20:00 radələrində Bakı Metropoliteninin “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə metropoliten məlumat yayıb.
Qeyd olunub ki, hadisə zamanı dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
“Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib. Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb”, - məlumatda bildirilib.
İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb:
“Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb”.
Bu mövzuda digər xəbərlər:Bakı metrosunda sərnişin dünyasını dəyişdi KONKRET
22 Oktyabr 2025 19:04
Sərnişin stansiya yoluna düşdü
07 Yanvar 2026 20:36
Şəkidə qəzaya düşən sərnişin dünyasını dəyişdi
21 Noyabr 2024 10:06
Velixov dünyasını dəyişdi
06 Dekabr 2024 01:11
Betmen dünyasını dəyişdi
02 Aprel 2025 11:53
Baxış sayı:40
Bu xəbər 07 Yanvar 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















