Icma.az
close
up
RU
Gül Mery: Amerikada Azərbaycan musiqisi çox bəyənilir

Gül Mery: Amerikada Azərbaycan musiqisi çox bəyənilir

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Şahanə Müşfiqin Amerikada yaşayan azərbaycanlı müğənni Gül Mery ilə müsahibəsini təqdim edir.

Amerikada yaşayan azərbaycanlı müğənni Gül Mery illərdir öz milli kimliyini, bağlı olduğu köklərinə sədaqətini musiqisi ilə yaşadan sənətçilərdəndir. Müxtəlif dillərdə mahnılar ifa edən Gül Mery üçün Azərbaycan musiqisi xüsusi yer tutur. O, ABŞ-da müxtəlif tədbirlərdə Azərbaycan mahnılarını ifa edir, auditoriyaya muğamın və milli musiqimizin özünəməxsusluğunu çatdırır. Bu günlərdə Bakıda qonaq olan Gül Mery ilə söhbətimizdə onun sənət yolundan, Amerikadakı musiqi mühitindən, Azərbaycan musiqisinin xarici auditoriyadakı qarşılığından, ailəlikcə incəsənətə və Qarabağa olan bağlılığından danışdıq.

- Sizi Azərbaycanda daha çox Gül Mery adı ilə tanıyırlar. Bu adın arxasında hansı hekayə dayanır?

- Bəli, mənim adım Merydir. "Gül" isə mənim əmim, böyük qarmon ustası Rəhmanın verdiyi addır. O, uzun illər öncə Şövkət xanımın ansamblında ifa edib, Azərbaycan televiziya kanallarına çıxıb. O zaman Almaniyadan təzə gəlmişdi. Sənəddəki adım Merydir, "Gül" adını isə əmim verib. Əmim mənə deyirdi ki, "Sən gül kimisən, zülal insansan, qəlbin zülaldır". Ona görə də "Gül" adını mənə əmim verdi, mən də onu öz adıma əlavə etdim. Beləcə, Gül Mery oldu.

- Əslən azərbaycanlısınız. Amerikaya gedən yolunuz necə başlayıb?

- Bəli, mənim ata-babalarımın yurdudur Azərbaycan. Mən İranda dünyaya gəlmişəm. 15 yaşımda Londona və başqa ölkələrə təhsil almaq üçün getmişəm. Londonda, Belçikada olmuşam. Daha sonra Nyu-Yorkda və indi də Los-Ancelesdə yaşamışam, universitetlərimi Amerikada bitirmişəm. Amma Azərbaycan mənim ata-babalarımın yurdudur.

- ABŞ-da Azərbaycan musiqisini ifa edən azərbaycanlı qadın sənətçi olmaq sizə hansı imkanları, hansı çətinlikləri gətirib?

- Mən Amerikada sinaqoqlarda və yəhudi məkanlarında çıxış edirəm. Orada Azərbaycan türkcəsində mahnılar və Azərbaycan musiqisi oxuyuram. Bu, onların çox xoşuna gəlir. Orada bizim türk yəhudilərimiz və müxtəlif ölkələrdən gələn insanlar var.

Amerikada Azərbaycan musiqisi çox bəyənilir, çünki fərqlidir - həqiqətən də çox fərqlidir. Azərbaycan musiqisi çox zəngin, ağır və dərin musiqidir. Hər kəsin işi deyil onu oxumaq. Bu sənətin əsrlərlə böyük tarixi var. Amerika musiqisi də özünəməxsusdur, amma Azərbaycan musiqisi kimi gözəl, mürəkkəb və dərin deyil. Məsələn, muğamı onlar heç zaman bizim kimi oxuya bilməzlər. Ona görə də məni tanıyanlar haraya çağırsalar, gedib gözəl Azərbaycan musiqilərini fəxrlə ifa edirəm.

- Amerikadakı auditoriya sizin Azərbaycan dilində ifa etdiyiniz mahnıları necə qarşılayır? Heç dilini bilməyən insanların mahnılarınızdan təsirləndiyi məqam olub?

- Bəli, musiqini çox sevirlər, çünki fərqlidir. Məsələn, Amerika musiqisi bir üslubdadır, müəyyən janrlar üzərində qurulub - pop, caz, rep, hip-hop və sair. Amma gənc insanlar Azərbaycan musiqisini eşidəndə belə, çox təsirlənirlər. Azərbaycan musiqisi elədir ki, insanı ayrı bir dünyaya aparır.

Mən çox görmüşəm ki, dili, mənasını bilmirlər, amma çox xoşlarına gəlir. Məndən soruşurlar ki, "Bu mahnının sözlərinin mənası ingiliscə nədir?" Əlbəttə, tərcümə etmək bir az çətin olur. Amma musiqinin özündən çox zövq alırlar.

Azərbaycan musiqisini çox sevirlər. Mən bir çox yerlərdə insanların bu musiqini nə qədər sevdiyinin şahidi oluram. Məsələn, evimə dostlarım gələndə televizorda Azərbaycan musiqisini qoyuram, durub oynayırlar. Düzdür, azərbaycanlılar kimi oynamırlar, amma oynayırlar və çox xoşlarına gəlir. Soruşurlar ki, "bu nə mahnıdır, o nədir?" Yəni Azərbaycan musiqisini sevirlər, onunla maraqlanırlar və hər zaman qulaq asmaq istəyirlər.

- Repertuarınızda Azərbaycan mahnılarının yeri nə qədərdir? Xarici musiqi ilə Azərbaycan musiqisini bir araya gətirmək istədiyiniz layihələr varmı?

- Mən daha çox Azərbaycan musiqisi oxuyuram, türk mahnıları ifa edirəm. İbranicə lentə aldığımız, yazdığımız yeni mahnılar var. Ərəbcə də oxuyuram, çünki bu dilləri danışıram. Ərəbcə iki gözəl mahnı lentə almışam. Farsca da oxumuşam.

Mən bir neçə dil bilirəm və sevirəm ki, hər dildən bir-iki mahnı oxuyum. Dilləri bildiyim üçün həmin mahnıları daha yaxşı ifa edə bilirəm. Repertuarımda Azərbaycan, türk, fars, ərəb, ivrit dillərində mahnılar var.

Hansı dili bilirəmsə, istəyirəm həmin dildə də mahnı oxuyum ki, repertuarımda müxtəlif dillərdən nümunələr olsun. Bir Amerika mahnısı da var, onun üzərində işləyirik. İnşallah, o da bitəcək. Yəni repertuarımda müxtəlif dillərdə mahnılar var və gələcəkdə bunu daha da genişləndirmək istəyirəm.

- Amerikada musiqi sənayesinin iş prinsipləri ilə Azərbaycandakı mühit arasında sizi ən çox təəccübləndirən fərq nə olub?

- Amerikada studiyada olanda türkcə anlamaq və səs yazısı etmək çox çətindir. Mən Azərbaycanda özümü çox rahat hiss edirəm. Ona görə də bura gəlirəm, bəstələrimi burada hazırlayır və lentə alıram. Hazırlıqlarımı isə Amerikada edirəm. Bəzən onlayn işləyirəm, məsələn, onlayn şəkildə muğam oxuyuram, üzərində çalışıram.

Çox arzu edirım ki, Azərbaycan musiqisindən özümə görə bir-iki nümunə oxuyum. Çünki bunu çox sevirəm. Atam da bu sənətdə olub, muğam ifaçısı idi, çox gözəl səsi vardı. Mən musiqiçi evində böyümüşəm. Əmilərim də çox gözəl sənətkar və ustad olublar.

Amerika ilə Azərbaycan arasında böyük fərq var. Mən Azərbaycana gəlməyi, atamın adını yaşatmağı və onun yolunu davam etdirməyi çox sevirəm. Amerika mənə yaddır. Bəli, uzun illərdir orada yaşayıram, universiteti orada bitirmişəm, amma Azərbaycana gələndə sanki tamamilə ayrı bir dünyaya düşürəm.

Mən təkcə gəlib burada bəstələmək üçün yox, Azərbaycanın qanını, torpağını, özünü və millətini sevdiyim üçün gəlirəm. Buraya böyük şövqlə gəlirəm. Xüsusilə də Qarabağa gedəndə... Çünki atam və babalarım hamısı Şuşadan, Qarabağdandır.

Keçən il Qarabağda konsertim var idi, oraya getdim. Hətta oradan torpaq götürüb Amerikaya əmimə apardım. Əmim indi çox yaşlıdır, 21 saatlıq təyyarə yolu onun üçün çox çətindir.

Düzdür, Amerikada yaşayıram, amma ürəyim hər zaman Azərbaycanladır. Azərbaycan musiqisini bir çox yerlərdə ifa edirəm, edəcəyəm də. Bura gəlməyimin birinci səbəbi torpağım, ikinci səbəbi isə musiqidir.

- ABŞ-da sənətçinin tanınması üçün təkcə səs və istedad kifayətdirmi? Yoxsa sosial media, şəxsi brend və əlaqələr daha böyük rol oynayır?

- Bir sənətçidə, birincisi, istedad çox önəmlidir. Çünki insan bir şeyi ürəkdən istəyərsə və çalışarsa, o işə mütləq nail olar. İstedad çox önəmlidir və gərək o sənəti sevəsən.

İkincisi isə xalqdır. Xalq səni yuxarı aparır, xalq sənin səsini eşidir və səni sevir. Ona görə də xalq çox önəmlidir. Media da önəmlidir, amma əsas xalqdır ki, sənin səsini eşidir, sənətini və özünü görür. Səni yuxarı aparan da xalqdır, yerə vuran da. Media ikincidir.

- ABŞ-da yaşayan azərbaycanlıların musiqi zövqündə hansı dəyişiklikləri müşahidə edirsiniz? Onlar hələ də Azərbaycan mahnılarını əvvəlki qədər dinləyirlərmi?

- Bəli, mən orada çox azərbaycanlılarla bir yerdəyəm. Məsələn, hərdən Nyu-Yorkda və ya San-Fransiskoda konsertlər, tədbirlər olur. Məndən orada iştirak etməyimi xahiş edirlər və mən də ürəklə gedirəm. Görürəm ki, fərqi yoxdur - gəncdirlər, yaşlıdırlar, Amerikada yaşayan azərbaycanlılar Azərbaycan musiqisini çox sevirlər.

Bəlli məsələdir ki, Amerikada dünyaya gələn 14, 15, 16 yaşlı uşaqlar bir az Amerika musiqisinə meyil ediblər. Amma onların ata-anaları, xala-dayıları və başqa yaxınları hələ də Azərbaycan musiqisini dinləyir və sevirlər.

Məsələn, orada parklarda proqramlar təşkil edirlər. Əlbəttə, hər ştatda vəziyyət fərqlidir və canlı ifa edənlər o qədər də çox deyil. Amma mənim yaşadığım Los-Ancelesdə parklarda Azərbaycan mahnıları səsləndirirlər, DJ gətirirlər. Mən də həmişə idman edərkən gedib onları dinləyirəm.

Orada çoxlu azərbaycanlılar var. Mən görürəm ki, onlar Azərbaycan musiqisini çox yaxından izləyir, dinləyirlər. Harada Azərbaycan proqramı olsa, gedirlər. Mən özüm də hərdən dəvət alıb gedirəm. Azərbaycanlılar orada bir-birlərinə çox dəstək olurlar.

- Müğənnilikdən başqa, Amerikadakı həyatınızın hansı tərəfi tamaşaçıya maraqlı ola bilər, amma onlar bunu bilmirlər?

- Mən özüm əslində əczaçıyam, farmasevtəm. Mənim xəstələrimin hamısı bilir ki, mən təkcə öz peşəmlə məşğul deyiləm, həm də çox gözəl, sanballı, özümə görə kübar mahnılar oxuyuram. Onların hamısı məni İnstaqramda izləyir və sevirlər. Baxmayaraq ki, amerikandırlar, yaxud yəhudidirlər, yapon, çinlidirlər, türk dili bilmirlər... Bilirsiniz, Los-Ancelesdə multikultural mühit var, dünyanın hər yerindən insanlar oradadır. Mənim xəstələrimin bəlkə də 90 faizi əcnəbidir: Avropadandırlar, Çindəndirlər, Meksikadandırlar, çoxu İsraildəndirlər. Onlar məni çox sevirlər və İnstaqramda bütün musiqilərimə baxırlar, xoşlarına gəlir.

Mən Azərbaycana gəlib burada yeni mahnılar yazanda və lentə alanda çox sevinirlər ki, mən qayıdanda yenə yaxşı, yeni mahnılara qulaq asacaqlar. Həm səsimi, həm də işimi çox sevirlər.

Əlbəttə, mənim əsas peşəm təbabət, əczaçılıqdır. İkincisi isə öz ürəyimə görə və atamın yolunu davam etdirdiyim üçün musiqidir.

- Qarşıdakı dövrdə Gül Merydən hansı yenilikləri gözləyə bilərik?

- Mən Azərbaycanın çox gözəl xanəndəsi, Əməkdar artist Sevinc Sarıyevadan onlayn olaraq muğam dərsləri alıram. Bəli, muğam çox çətin janrdır, amma həm də çox gözəldir. Vaxtımı bu işə, muğama ayırıram. "Şur" muğamını keçmişəm, digər dəstgahlara da keçəcəyik. İnşallah, gələcəkdə bunların hamısı mənim yaradıcılığıma əlavə olunacaq.

Allah hamımıza cansağlığı versin ki, ürəyim istəyən kimi öz xalqıma bacarıqlarımı göstərə bilim.

Məşhur musiqiçinin qızı faciəvi şəkildə vəfat etdi ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anıldı Əvəz Zeynallı vəfat etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Oktyabr 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri