ABŞ də aralıq seçkilər öncəsi enerji bazarında yaranan gərginlik nə vəd edir?
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bununla yanaşı, qiymət artımında regional münaqişələrlə yanaşı, emal güclərinin yüklənməsi, ehtiyatların azalması və mövsümi tələbat kimi struktur amillər də mühüm rol oynayır.
İran enerji bazarındakı gərginlikdən ABŞ-nin daxili seçki prosesinə təsir vasitəsi kimi istifadə edə bilirsə, bu vəziyyət qlobal enerji təhlükəsizliyinin artıq yalnız iqtisadi deyil, həm də böyük güclərin daxili siyasi sabitliyinə təsir edən geosiyasi alətə çevrildiyini göstərirmi?Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, enerji bazarı ilə geosiyasət arasında qarşılıqlı əlaqə yeni fenomen olmasa da, son illərdə bu asılılıq daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə Yaxın Şərqdə baş verən proseslər fonunda neft qiymətlərindəki dəyişikliklər artıq yalnız iqtisadi göstərici deyil, həm də siyasi qərarların qəbuluna təsir edən mühüm amillərdən biri kimi çıxış edir.
“Bu baxımdan, İranın enerji bazarında yaranan gərginlikdən ABŞ-yə dolayı siyasi təzyiq vasitəsi kimi faydalanmağa çalışdığı barədə qiymətləndirmələr geosiyasi müzakirələrin tərkib hissəsidir. Bununla belə, yanacaq qiymətlərinin formalaşmasına yalnız geosiyasi amillərin deyil, qlobal təklif və tələbat balansının, emal güclərinin vəziyyətinin, strateji ehtiyatların həcminin və mövsümi istehlakın da ciddi təsir göstərdiyini nəzərə almaq lazımdır”, – deyə o bildirib.
Tural İsmayılov vurğulayıb ki, əgər enerji bazarında yaranan dalğalanmalar ABŞ-də daxili siyasi gündəmə təsir edirsə, bu, qlobal enerji təhlükəsizliyinin artıq təkcə iqtisadi məsələ olmadığını göstərir.
Müasir dövrdə enerji resursları, nəqliyyat marşrutları və qiymət dinamikası dövlətlərin xarici siyasəti ilə yanaşı, onların daxili siyasi sabitliyinə və seçki mühitinə də təsir edən strateji amillərə çevrilib. Bu mənada enerji təhlükəsizliyi milli təhlükəsizlik anlayışının ayrılmaz hissəsi kimi qiymətləndirilir.
“Bununla belə, ABŞ-nin Yaxın Şərq siyasətinin yalnız yanacaq qiymətlərinin dəyişməsinə əsasən formalaşdığını söyləmək doğru olmazdı. Vaşinqtonun regiondakı siyasəti təhlükəsizlik, regional tərəfdaşlıqlar, nüvə proqramı, dəniz nəqliyyatının təhlükəsizliyi və qlobal enerji bazarının sabitliyi kimi çoxsaylı amillərin təsiri altında müəyyənləşir. Daxili siyasi amillər, xüsusilə seçki dövründə iqtisadi göstəricilər, əlbəttə ki, qərarların tonuna və prioritetlərinə müəyyən təsir göstərə bilər, lakin bu, uzunmüddətli strateji məqsədlərin tam dəyişməsi anlamına gəlmir”, – deyə o əlavə edib.
Politoloq hesab edir ki, əgər administrasiya enerji bazarındakı gərginliyi azaltmaq məqsədilə daha praqmatik və diplomatik yanaşmaya üstünlük verərsə, bunu mütləq şəkildə İranın çəkindirmə siyasətindən imtina kimi qiymətləndirmək düzgün olmaz. Beynəlxalq münasibətlərdə praqmatizm və çəkindirmə yanaşmaları bir-birini istisna etmir.
Dövlətlər eyni vaxtda həm dialoq imkanlarını açıq saxlaya, həm də təhlükəsizlik və strateji maraqlarını qorumağa yönəlmiş siyasəti davam etdirə bilirlər.
“Buna görə də Vaşinqtonun mümkün taktiki addımlarını onun uzunmüddətli regional strategiyasının dəyişməsi kimi deyil, konkret geosiyasi və iqtisadi şəraitə uyğunlaşma cəhdi kimi dəyərləndirmək daha obyektiv yanaşma olardı”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 05 Avqust 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















