ABŞ də atışma, 3 nəfər həyatını itirdi
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vaşinqton ştatında yaşayış evlərinin birində silahlı insident baş verib.
525.az xarici KİV-ə istinadən xəbər veriri ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıblar.
Hadisə ilə bağlı dairə şerifi Skopan Con Nouels jurnalistlərə açıqlama verib. Şerifin sözlərinə görə, onlara sakinlərdən birinin qardaşı tərəfindən güllələnməsi barədə məlumat daxil olub. Qısa araşdırmadan sonra həmin şəxsin axtarışda olan təhlükəli cinayətkar olduğu bilinib.
Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarını əməkdaşları cinyətkar tərəfindən atəşə məruz qalıblar. Cavab atəşi ilə o, zərərsizləşdirilib. Evə daxil olarkən polislər daha 2 nəfərin meyitini aşkarlayıblar. Faktla bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, atışma zamanı bir neçə nəfər polis əməkdaşı da yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Qardaşı tərəfindən güllələnən qadının isə ölmədiyi, amma ağır vəziyyətdə olduğu da bildirilir.
L.Tağıyeva
Baxış sayı:55
Bu xəbər 04 Noyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















