Icma.az
close
up
RU
“ABŞ də bu işin içindədir” Müharibə ilə bağlı bilinməyənlər...

“ABŞ də bu işin içindədir” Müharibə ilə bağlı bilinməyənlər...

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Tramp növbəti dəfə Rusiya-Ukrayna münaqişəsinə toxunub. Bu ağ evdə sənədlərin imzalanması mərasimində baş verib. Rusiyanı kəskin tənqid edən Tramp vurğulayıb ki, Rusiya atəşkəsin əldə edilməsi istiqamətində addım atmır. Bu zaman Tramp başqa bir məqama da toxunur. Qeyd edir ki, bu Baydenin müharibəsi idi, mənim yox. Trampın bu fikri maraq doğurur. O, açıq etiraf edir ki, burada əsas tərəfin biri Rusiyadırsa, digər tərəf də Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında Qərbdir”.

Bu fikirləri “Yeni Sabah”a açıqlamasında siyasi elmlər doktoru, politoloq, millət vəkili  Elşad Mirbəşiroğlu deyib. O, Rusiya-Ukrayna müharibəsində rol alan tərəflərdən danışıb:

“Amerika həmçinin, Rusiyaya müxtəlif sanksiyalar tətbiq edəcəyini də vurğulayıb. Tramp eyni zamanda bildirib ki, sözügedən sanksiyaların Rusiyaya nə qədər təsir edəcəyinə əmin deyil. Bununla da Tramp özü məsələyə aydınlıq gətirir ki, həmin sanksiyalar işlək deyil. Həqiqətən biz gördük ki, sadəcə 18-ci sanksiyalar paketini tətbiq etdi. Rusiya tərəfi isə bunu heç də ciddi qarşılamadı. Qərb isə qeyd edir ki, müəyyən zamandan sonra bu sanksiyalar öz təsirini büruzə verəcək. Təbii ki, bunu da zaman göstərəcəkdir. pizza sifarişi

Trampın səsləndirdiyi fikirlər növbəti dəfə bir çox məqamlara aydınlıq gətirir. O, xüsusi olaraq qeyd edir ki, bu mənim müharibəm deyil. Əvvəlki ABŞ prezidentinin müharibəsidir. Bu çox maraqlı bir fikirdir. Düzdü, bunu Tramp əvvəllər də qeyd etmişdi. Yenə də qeyd edir ki, ABŞ bu məsələlərə qarışmamalı idi. Bu, onu ifadə edir ki, Tramp həqiqətən də münaqişə vəziyyətində ABŞ-nin görünür olmasını istəmir. Amma vəziyyət elədir ki, onlar bu işin içərisindədir. Ona görə də Tramp ola bilsin elə düşünür ki, ABŞ hazırda bir növ qeyri-ixtiyari olaraq, münaqişəyə cəlb olunmuş vəziyyətdədir. Ona görə də bütün hallarda özünün də söz verdiyi kimi, atəşkəsə nail olmaq istəyir. Ümumiyyətlə, Rusiya-Ukrayna arasında münaqişənin dayandırılması istəyir. Beləliklə, Tramp həm Rusiyaya, həm də Ukraynaya öz mövqeyini ifadə edib, tərəflərə təzyiq göstərməyə də çalışıb”.

Politoloq bildirib ki, ABŞ prezidenti nəinki Rusiyaya, eyni zamanda bu ölkə ilə ticarət əlaqələri olan dövlətlərə də sanksiya və rüsumlar tətbiq etməyi planlaşdırır, lakin daha sonra bir sıra sövdələşmələrə gedilə bilər:

“Sözügedən müharibədə sirr deyil ki, əsas tərəf Qərbdir. Ona görə də ciddi müzakirələr daha böyük dövlətlər arasında gedəcək. Xüsusilə də ABŞ və Rusiya arasında. Bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da sülh imkanının olmasına işarə etdi və bu istiqamətdə yenə Türkiyənin ev sahibliyini vurğuladı. Düşünürəm ki, proseslər gedir və Rusiya ilə Ukrayna arasında təmaslar mövcuddur. Sonuncu dəfə İstanbulda görüş keçirildi və humanitar sahədə razılıq əldə olundu. ABŞ da bu istiqamətdə danışıqları davam etdirirsə, görünür ki, bu istiqamətdə müəyyən ümidlər mövcuddur”.

Aytac Əliyeva 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Avqust 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri