Icma.az
close
up
RU
Damarlara daxil olan bu robotlar laxtaları 6 dəfə çox sürətlə əridə bilər

Damarlara daxil olan bu robotlar laxtaları 6 dəfə çox sürətlə əridə bilər

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

İsveçrəli alimlər qan damarlarının daxilində hərəkət edərək qan laxtalarının əridilməsinə kömək edən mikroskopik robotlar hazırlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ETH Sürix Federal Texnologiya İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, yeni texnologiya maqnit sahəsi vasitəsilə idarə olunan, təxminən 8 mikrometr uzunluğunda mikrorobotlardan ibarətdir.

Ölçülərinə görə qırmızı qan hüceyrələri ilə müqayisə edilə bilən bu qurğular bioloji uyğun gel və maqnit xüsusiyyətli dəmir oksid nanohissəciklərindən hazırlanıb.

Mikrorobotlar xüsusi kateter vasitəsilə qan laxtasının yaxınlığına çatdırılır. Daha sonra bədəndən kənarda yaradılan maqnit sahəsi onların hərəkətini təmin edir. Fırlanaraq irəliləyən robotlar qan damarının divarı boyunca hərəkət edir və ətraflarında kiçik maye axınları yaradır. Bu axınlar laxtanı əridən dərmanların tıxanmış nahiyəyə daha effektiv çatdırılmasına kömək edir.

Alimlər texnologiyanı əvvəlcə qan damarlarını təqlid edən silikon modeldə sınaqdan keçiriblər. Donuz qanından hazırlanmış laxtalar üzərində aparılan təcrübələrdə mikrorobotların köməyi ilə dərmanların laxtanı altı dəfə daha sürətlə əridə bildiyi müəyyən olunub.

Sonrakı mərhələdə Berlinin “Charité” Universitet Xəstəxanasının alimləri ilə birlikdə canlı donuzlar üzərində sınaqlar keçirilib.

Təcrübələr zamanı heyvanların arteriyalarında süni şəkildə qan laxtaları yaradılıb. Mikrorobotların dərmanlarla birlikdə istifadəsindən 30 dəqiqə sonra qan dövranı bərpa olunan damar sahəsinin yalnız dərman tətbiq edilən qrupla müqayisədə iki dəfə böyük olduğu müşahidə edilib.

Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya gələcəkdə insult, infarkt və ağciyər emboliyası kimi təhlükəli vəziyyətlərin müalicəsində yeni imkanlar yarada bilər.

Bununla belə, mikrorobotlar hələ insanlar üzərində sınaqdan keçirilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Noyabr 2026 01:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri