ABŞ də CIA və Pentaqon rəhbərləri Ağ Evdə toplantı keçirib
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff, Pentaqon rəhbəri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin Ağ Evdə toplantı keçirdiyi ehtimal olunur.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ administrasiyasının mətbuat hovuzuna daxil olan jurnalistlər “X” sosial şəbəkəsində məlumat yayıblar.
Jurnalistlərin məlumatına görə, Retkliff, Heqset və Keyn çərşənbə günü günorta saatlarında Ağ Evin Oval kabinetin yerləşdiyi Qərb qanadında keçirilən görüşdən sonra binanı tərk ediblər.
ABŞ Prezidenti Donald Trampın toplantıda iştirak edib-etmədiyi barədə məlumat verilməyib. Ağ Evin rəsmi cədvəlinə əsasən, Trampın yerli vaxtla saat 11:00-da mətbuata qapalı kəşfiyyat məsələləri üzrə müşavirəsi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, CIA direktoru Con Retkliff avqustun 25-də Moskvaya səfər edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov səfərin iki ölkənin xüsusi xidmət orqanları arasındakı təmaslarla bağlı olduğunu bildirib.
Peskov həmçinin Retkliffin Rusiya Prezidenti Vladimir Putinlə görüşünün planlaşdırılmadığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 27 Avqust 2026 01:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















