ABŞ də doğuş əmsalı tarixi minimumu yeniləyib
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-də ümumi doğum əmsalı (ÜDƏ) 2024-cü ildə tarixi minimuma düşərək 1.6-dan az olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi rəsmi məlumatlara istinadən bildirib.
Təqdim olunan məlumatlara görə, bu göstərici artıq təxminən iki onillikdir ki, azalır, çünki daha çox qadın uşaq doğumunu təxirə salır və ya ümumiyyətlə, bu addımdan imtina edir. Nəticədə ABŞ-nin ÜDƏ-si indi Qərbi Avropa ilə müqayisə edilə bilər.
1960-cı illərin əvvəlində ABŞ-də ümumi doğum əmsalı təxminən 3.5 idi, lakin 1976-cı ildə kəskin şəkildə 1.7-yə düşdü. Sonra tədricən 2007-ci ildə 2.1-ə qədər artdı, lakin daha sonra 2014-cü ildəki yüksəliş istisna olmaqla, yenidən azalmağa başladı. Ölkənin Milli Səhiyyə Statistikası Mərkəzinin məlumatlarına görə, 2023-cü ildə bu göstərici 1.621 olub, 2024-cü ildə isə 1.599-a düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 25 İyul 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















