PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
20–21 noyabr 2026-cı il tarixlərində Gəncə İdman Sarayında keçirilən sərgi çərçivəsində PAŞA Bankın nümayəndələri müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə görüşərək onların inkişaf planlarını, maliyyələşdirmə ehtiyaclarını və potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Bu barədə "APA-Economics"ə PAŞA Bankdan məlumat verilib.
Görüşlər zamanı sahibkarlara Bankın biznes müştəriləri üçün təklif etdiyi maliyyə həlləri və xidmətlər barədə məlumat verilib.
Ümumilikdə 112 müəssisənin öz məhsul və xidmətlərini təqdim etdiyi tədbirdə biznes nümayəndələri arasında (B2B), biznes və dövlət qurumları (B2G), eləcə də biznes və universitetlər (B2U) arasında görüşlər təşkil olunub.
Noyabrın 20-də keçirilən rəsmi açılış mərasimində regionlarda sahibkarlığın təşviqi, yeni tərəfdaşlıqların qurulması və iqtisadi fəallığın artırılmasında belə platformaların rolu vurğulanıb.
“REGİONAL EXPO GƏNCƏ 2026” sərgisi Gəncə Şəhər İcra Hakimiyyəti, TECHERA və GBARU tərəfindən təşkil olunub.
PAŞA Bank regionlarda sahibkarlığın inkişafına və bizneslərin maliyyə resurslarına çıxışının genişləndirilməsinə dəstəyini davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 24 Noyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















