ABŞ də dörd şirkət süni intellektin inkişafını ləngitməkdə ittiham edilib
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bir qrup iddiaçı Kaliforniyanın Şimal Dairə Məhkəməsində Amerikanın "Anthropic", "Google", "OpenAI" və "SpaceXAI" şirkətlərinə qarşı iddia qaldıraraq onları süni intellektin inkişafını ləngitmək məqsədilə sövdələşmədə ittiham edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, iddia istehlakçılara təklif olunan rəqib məhsulların təkmilləşdirilməsi templərinin azaldılması barədə dörd aparıcı süni intellekt şirkəti arasında guya mövcud olan razılaşmanı mübahisələndirir.
İddiaçılar diqqəti ona yönəldiblər ki, "Anthropic"in rəhbəri Dario Amodei tərəfindən qabaqcıl süni intellekt modellərinin inkişafını ləngitməyin zəruriliyi haqqında məqalə dərc edildikdən qısa müddət sonra rəqibləri – "SpaceXAI"nin banisi İlon Mask, "OpenAI"nin baş direktoru Sem Altman və "Google DeepMind"in həmtəsisçisi Demis Hassabis onunla razılaşıblar.
İddiaçılar hesab edirlər ki, razılaşma modellərin inkişafı, məhsulun keyfiyyəti, innovasiyalar, investisiyalar, istehsal və yeni imkanların yaranma müddəti məsələlərində rəqabəti məhdudlaşdırır. Onların maraqlarını "Trial Lawyers for Justice" hüquq firması qoruyur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 19 Sentyabr 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















