ABŞ də əsgər ölümlərinin koronavirus peyvəndi ilə əlaqəsi araşdırılır
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ-də hərbçilərin koronavirus peyvəndindən ölüb-ölmədiyi araşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Bildirilib ki, Virciniya ştatında bir ordu həkimi, sabiq ABŞ Prezidenti Co Baydenin 2021-ci ildə hərbçilərə peyvənd vurulmasını əmr etməsindən sonra əsgərlərin Covid-19 peyvəndlərindən ölüb-ölmədiyini araşdırmaq üçün səhiyyə naziri Robert F. Kennedi və müdafiə naziri Pit Heqsetlə birlikdə çalışır.
Bildirilir ki, uzun müddətdir peyvənd təhlükəsizliyinə şübhə ilə yanaşan Kennedi, peyvəndin mümkün yan təsirlərini araşdırmaq və peyvəndlərlə artan autizm nisbətləri arasında hər hansı bir əlaqənin olub-olmadığını müəyyənləşdirmək üçün onunla eyni şübhəni bölüşən başqalarını işə götürüb.
Nəşr yazır ki, araşdırma davam etsə də, hələ ki heç bir əlaqə tapılmayıb.
Qeyd edək ki, Kennedi, bir vaxtlar “tarixin ən ölümcül peyvəndləri” adlandırdığı koronavirus peyvəndlərinə xüsusi diqqət yetirərək, əksər amerikalıların hər il peyvənd alması ilə bağlı hökumət tövsiyəsini ləğv edib.
Peyvənd təhlükəsizliyi üzrə mütəxəssislər isə Kennedinin açıqlamasının yalan olduğunu və bəzi amerikalıların xəstəliyin şiddətini azalda biləcək peyvənddən imtina etmək qərarına səbəb olduğunu söyləyirlər.
Bu mövzuda digər xəbərlər:Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi?
20 Dekabr 2024 13:53
Ölkədə baş verən uşaq ölümlərinin səbəbləri araşdırılır TƏBİB
23 Dekabr 2024 12:25
Məşhur universitetdəki cinayət işi ilə MIT professorunun əlaqəsi araşdırılır
19 Dekabr 2025 12:46
Ana ölümlərinin əsas səbəbi açıqlandı
23 Dekabr 2024 12:56
Piyada ölümlərinin artmasının əsl səbəbi
24 Oktyabr 2025 17:54
Baxış sayı:116
Bu xəbər 04 Sentyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















