ABŞ də festival qanla bitdi 3 nəfər öldü
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin Sietl şəhərində keçirilən “Bite of Seattle” illik şəhər festivalında dəhşətli silahlı insident baş verib.
“Qafqazinfo” “Deutsche Welle”yə istinadən xəbər verir ki, naməlum şəxslərin atəş açması nəticəsində 3 nəfər həyatını itirib, 2 yaşlı uşaq da daxil olmaqla 5 nəfər yaralanıb.
Sietl meri Keti Uilson faciə ilə bağlı bir nəfərin saxlanıldığını bildirib. Şəhər hakimiyyəti əvvəlcə iki nəfərin saxlanıldığını açıqlasa da, daha sonra əlavə izahat vermədən bu məlumatı dəqiqləşdirib.
Sietl polisinin verdiyi məlumata görə, festival iştirakçılarına atəş açan iki nəfər olub. Polis rəisinin müavini Tayron Devis şübhəlilərdən birinin həbs edildiyini təsdiqləyib və atışmada iştirak edən ikinci şəxsin axtarışlarının davam etdiyini diqqətə çatdırıb. Cinayətkarların kimliyi barədə hələlik ətraflı məlumat verilmir.
Baxış sayı:145
Bu xəbər 27 İyul 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















