ABŞ də həyatını “dəmir ciyər”də keçirən sonuncu xəstə öldü
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
ABŞ-də həyatını “dəmir ciyər” (iron lung) adlı süni tənəffüs aparatının daxilində keçirən sonuncu xəstə Marta Lillard vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Oklahoma's News 4” telekanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, Marta Lillard 1953-cü ildə — ölkədə poliomielit (uşaq iflici) əleyhinə peyvəndin geniş yayılmasından cəmi iki il əvvəl bu xəstəliyə yoluxub. Həmin vaxt amerikalı qadının cəmi 5 yaşı var idi.
Tam 73 il boyunca Martanın həyatı “dəmir ciyər” adlanan xüsusi süni tənəffüs aparatı vasitəsilə qorunub. İlk vaxtlar o, günün 23 saatını aparatın içində keçirsə də, səhhətinin nisbətən yaxşı olduğu illərdə cihazdan yalnız yatarkən istifadə edib. Lakin son səkkiz ayda amerikalı qadın sutka ərzində fasiləsiz olaraq aparatın daxilində qalmağa məcbur olub.
“Vəfatından sonra Lillard aparatdan çıxarıldı və o, 73 ildə ilk dəfə “dəmir ciyər”in xaricində əbədi hüzura qovuşdu”, - deyə nəşrdə vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 12 İyul 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















