Icma.az
close
up
RU
“Dəmir Yumruq” bu dəfə ABŞ də Ekspertdən AÇIQLAMA

“Dəmir Yumruq” bu dəfə ABŞ də Ekspertdən AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

ABŞ 5-17 sentyabr tarixlərində “Dəmir yumruq” adlı hərbi təlimlər keçirəcək. Nəzərə alsaq ki, Vaşinqton görüşündən sonra hərbi təlimə belə bir ad verilib.

Sizcə, bu təlim İlham Əliyevin məşhur ifadəsi və Qarabağımızı işğaldan azad edən "Dəmir yumruq" əməliyyatı ilə əlaqəlidirmi?

Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, ABŞ-nin Avropadakı komandanlığının təşəbbüsü ilə təşkil olunan “Dəmir Yumruq” adlı hərbi təlim Pribaltika respublikaları və Polşa ərazilərində keçirilir.

"Təlimlərin əsas məqsədi ABŞ hərbi bölmələrinin daimi dislokasiya məntəqələrində operativ şəkildə, yeni nöqtələrdə və yeni hədəflərdə yerləşdirilməsi, həmçinin NATO-nun şərq cinahında döyüş əməliyyatlarına hazırlıq səviyyəsinin artırılmasıdır. “Dəmir Yumruq” ifadəsi heç də yalnız Azərbaycanla bağlı deyil; bu, uzun illərdir beynəlxalq hərbi terminologiyada istifadə olunur. Azərbaycanda isə 44 günlük savaş zamanı Ali Baş Komandan tərəfindən uğur simvolu kimi işlədilmişdir. Bu baxımdan, bu təlimlər bir növ “Dəmir Yumruq” əməliyyatlarının davamı kimi qiymətləndirilə bilər".

Ekspert əlavə etdi ki, təlimlərdə 17 min hərbi qulluqçu iştirak edəcək, müxtəlif hərbi texnika və helikopterlər, o cümlədən "Black Hawk"  tipli vertolyotlar istifadə olunacaq.

"Azərbaycan ərazisində isə “Dəmir Yumruq” rəmzi adı altında abidələr ucaldılıb və şəhidlərin adları əbədiləşdirilib. Beləliklə, ABŞ-nin təşəbbüsü ilə keçirilən bu təlimlər Avropada baş verən son proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir. Hərbçi sayı və əhatə etdiyi ərazilər baxımından “Dəmir Yumruq” təlimləri dünya hərbi və strateji proseslərinə təsir göstərə bilər. Azərbaycanla birbaşa əlaqəsi olmasa da, uğur və rəmz baxımından bizim üçün də önəmlidir", - deyə Üzeyir Cəfərov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:497
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see353

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see317

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see301

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see253

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see249

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see245

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see238

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see226

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see225

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see219

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see215

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see213

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see211

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see209

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see209

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see206

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see205

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see203

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see190

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri