ABŞ də ikinci əl mənzil satışları son 16 ilin ən aşağı səviyyəsinə düşüb
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-də ikinci əl mənzil satışları son 16 ilin ən aşağı səviyyəsinə düşüb.
Banco.az xəbər verir ki, ABŞ-də ikinci əl mənzil satışları oktyabr ayında əvvəlki ayla müqayisədə 5,5 faiz azalaraq 2010-cu ilin avqustundan bəri ən aşağı səviyyəyə geriləyib.
Milli Rieltorlar Assosiasiyası (NAR) oktyabr ayı üzrə ikinci əl mənzil satışlarına dair məlumatları açıqlayıb. Mövsümi amillərdən təmizlənmiş göstəricilərə əsasən satışların sayı oktyabrda 3,75 milyona enib. Bazar iştirakçıları aylıq azalmanın 3,5 faiz olacağını gözləyirdilər.
Sentyabr ayında əvvəlki ayla müqayisədə 1 faiz artaraq 3,97 milyona çatan təkrar mənzil satışları oktyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz azalıb. İkinci əl mənzillərin orta satış qiyməti isə illik müqayisədə 0,4 faiz artaraq 416 min 700 dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 12 Noyabr 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















