ABŞ də işçilər kabeli kəsdilər Minlərlə uçuş dayandırıldı
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin Nyu-Cersi ştatında tikinti işləri zamanı nasaz telekommunikasiya dövrəsinin və fiber-optik kabelin təsadüfən kəsilməsi minlərlə uçuşa təsir edib. Hadisə Nyu-York, Boston və Filadelfiya hava limanlarına və bu hava limanlarından həyata keçirilən uçuşlarda fasilələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, “FlightAware”in məlumatına görə, ölkə üzrə 5600-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib.
Nyu-York ərazisindəki üç hava limanında 1200 uçuşun təxirə salındığı və ya ləğv edildiyi, 100-dən çox uçuşun isə digər hava limanlarına yönləndirildiyi bildirilib.
ABŞ-nin nəqliyyat naziri Şon Daffi bildirib ki, fiberoptik kabel Nyu-Cersi ştatında tikinti işləri aparan heyət tərəfindən təsadüfən kəsilib. Bu isə telekommunikasiya sistemində nasazlığa səbəb olub.
Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Brayan Bedford Filadelfiyadakı hava nəqliyyatının idarə olunması müəssisəsində əsas rabitə dövrəsinin də nasaz olduğunu açıqlayıb. Onun sözlərinə görə, ehtiyat xəttin təmiri təxminən 13 saat çəkə bilər.
ABŞ Konqresi ötən il köhnəlmiş hava nəqliyyatının idarə olunması sisteminin modernləşdirilməsi üçün 12,5 milyard dollar ayırıb. Daffi bildirib ki, işlərin başa çatdırılması üçün əlavə 17,5 milyard dollar lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Sentyabr 2026 06:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















